Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Afət Fərmanqızı: “Aparıcılıq edəcəyəm, iş adamları, müğənnilər...”

Baxılıb: 3158     Tarix: 27-03-2019 23:37   
Afət Fərmanqızı: “Aparıcılıq edəcəyəm, iş adamları, müğənnilər...”
Müğənni Afət Fərmanqızı müğənni Roza Zərgərlinin onu məhkəməyə verməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Sumqayitfakt.Az-ın məlumatına görə musavat.com-a açıqlama verən ifaçı deyib ki, müğənnilər onunla reklam qazanmağa çalışır: “Dünən susacağımı açıqladım. Savaşı akulalarla aparmaq mənim üçün şərəfdir. Amma kilkə balıqları ilə savaşmaq mənə yaraşmaz. Susmağıma səbəb budur. Mənimlə reklam qazanmaq istəyənlər çoxalıb. Məhkəmə mənim vecimə deyil. Bu dedi-qoduların mənə müsbət təsiri var. Heç vaxt 1 ayda xaricdə 7 toya dəvət olunmamışdım. Bir toy Ukraynada, 6 səfərim Rusiyayadır. Bu səfərlər varsa, deməli xalq məni sevir. Mahnılarımı istəyən insanlar öz halal qazancını mənə ödəyir. Ona görə də reklam qazanmağa çalışanlara baş qoşmayacağam”.

Afət yeni yaradıcılıq planlarından da bəhs edib: “Yeni klip çəkilişinə başlayırıq. Türk dünyasına aid mahnı yazdırmışam, tezliklə təqdim edəcəyəm. “Youtube” kanalımda veriliş açacağam. 45 dəqiqə yayımlanacaq, “Afətlə dəli-dolu söhbətlər” adlanacaq. Televiziyalara böyük hörmətim var, efirə dəvət olunuram. İstəyirəm, məni sevənlər artıq mənə öz kanalımda baxsınlar. İş adamları, müğənnilər, aparıcılar və hər sahədən qonağım olacaq”.

Müğənni efirlərə pul verib çıxması haqqında yayılan məlumatlara da aydınlıq gətirib: “Mən reytinqli verilişlərdə qonaq oluram. Hər verilişə getmərəm. Bəzi kanallar var ki, deyirəm, qonorarımı ver, gəlib sənə reytinq verim. Pul verib, efirə çıxmıram. DTV və ARB pul versə, onların verilişlərinə çıxaram”.

A.Fərmanqızı Flora Kərimova ilə arasında yaşanan qalmaqaldan da bəhs edib:
“Flora xanım məni tənqid etmişdi, mən də zarafatla vannada çəkilən şəklini paylaşmışdım. Sonra təhqirə keçdi, verilişdə dedi ki, ay əxlaqsız, tərbiyəsiz, o pulu sənə oxumağa görə vermirlər. Ona görə də onu təhqir etdim. O, xalq artistidir deyə məni söyməlidir? Nə haqqı var? Mən alın tərimlə mahnımı oxuyub, pulumu qazanıram”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər