Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

"Pop oxuyanlar acından ölür, mənə isə bir toya 7 min verirlər"

Baxılıb: 4218     Tarix: 18-03-2019 14:15   
"Pop oxuyanlar acından ölür, mənə isə bir toya 7 min verirlər"


Müğənni Şəbnəm Tovuzlu toy müğənnilərinin efirə buraxılmaması barədə səsləndirilən fikirlərə münasibət bildirib.

Sumqayitfakt.Az musavat.com-a istinadən xəbər verir ki, toy müğənniləri xalq tərəfindən sevilir, verilişlərə də reytinq qazandırır:

"Bu söhbətlərə çox güldüm. Bu qanunu kimdir qoyan? Onlar toyda oynamır? Toy müğənniləri bəzilərini çatladır, yaxşı pul qazanmağımızı gözləri götürmür. Pop oxuyanlar acından ölür. Pop, caz, vokal oxuyanlar şəraitlərini bizə göstərsinlər? Bizim yaxşı qazancımızdan niyə narahat olurlar? Biz zəhmətimizlə qazanırıq, 4-5 saat hündürdabanda, ayaq üstə canlı oxuyuruq. İnsanlar da bunu qiymətləndirir. Heç kim pulunu küçədən tapmayıb ki, bizə boş yerə qonorar versin. İzləyirlər, maraqlanırlar, bəyənirlər ki, toylarına dəvət edirlər. Efirlərə də xalqın sevdiyi müğənnilər dəvət edilir ki, tamaşaçı izləsin.

Biz olmasaq, efir kimdən reytinq qazanacaq? Bizim fanatlarımız verilişlərimizi izləyirlər, maraqlanırlar. Toya çağıranlar da bizi yalnız efirdə görməyib ki... Çoxu sosial şəbəkədən, "Youtube" kanalımda izləyir, bəyənir, dəvət edir.
Məgər, hər kəsi toya buraxırlar? İnsanlar namuslu, geyimini, davranışını bilən müğənniləri məclisinə dəvət edir, ailəsinin içinə buraxır. Hazırda Rusiya toylarını biz bəzəyirik. Rusiya toyları üçün mənə 6-7 min dolları bəh-bəh ilə verirlər, çünki məni sevirlər.

Bunu heç vaxt danmıram. Azərbaycan şou-biznesində normal adam yoxdur ki, çıxıb desin, onu oxuduğu pop, caz saxlayır, toya ehtiyacı yoxdur. Çoxunun ürəyi partlayır ki, kaş, onları da dəvət edib, 5 manat xeyir verələr. Deyirlər ki, siz dünənin uşağısız, niyə toya gedirsiniz, biz illərin sənətkarıyıq, toya dəvət almırıq?! Bu, xalqın seçimidir. "Toy müğənniləri efirə çıxmasın" deməklə xalqa hörmətsizlik edirlər. Xalq bizi sevir, efirə çıxırıq, əcəb edirik. Mən konservatoriyada muğamı bitirmişəm, vokal dərsi almışam. Caz da, muğam da, pop da oxuyaram. Oxumuram, cibimi nə doldurursa, onu oxuyuram".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər