Xəbər xətti

15-02-2019

Yazarlar





Rublika
Arxiv
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
Sorğu

Şəhərimizin tarixi

Baxılıb: 485     Tarix: 20-12-2015 14:14   
Şəhərimizin tarixi
Əziz oxucular!

Şəhərimizin tarixinə, mədəniyyətinə, ümumiyyətlə inkişaf mərhələlərinə, Sumqayıtın tərəqqisində rolu olan şəxsiyyətlərə aid maraqlı məlumatları mütamadi olaraq Sumqayitfakt.az xəbər portalında sizlərin ixtiyarına təqdim edəcəyik. Bu sahədə sizin də yaxından iştirakınızı arzu edirik.
"Sumqayıt" toponiminin yaranması barədə 3 fərqli versiya mövcuddur.

"Sum qayıt" əfsanəsi

Bu əfsanəyə görə, günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir. Onların su ehtiyatı qurtarır, susuzluğa davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də var idi. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək, Ceyranı lap taqətdən salmışdır. Sevgilisinin susuzluğa dözə bilmədiyini görən Sum Ceyrana deyir:
- Sən burada məni gözlə, ya ölərəm, ya da sənə su taparam!
Sum karvandan aralanıb gedir. Lakin sevgilisinin fəlakətlə qarşılacağını hiss edən Ceyran onun ardınca qışqırır:
- Sum, qayıt! Sum, qayıt! Sum, qayıt!
Tayfa adı ilə
Şəhərin adı qədim türk tayfası olan "suqa" və ya "sunqa"ların adından gəlmişdir. "-it" şəkilçisi isə qədim türk dillərində cəm şəkilçisi olub. "Sumqait" – "Sunqa-lar" , yəni "sunqaların yerləşdiyi ərazi" mənasını daşıyır.

Qısa tarixi

Tarixçilərin fikrincə, müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midiyalılar məskunlaşıb. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına rast gəlinirdi.Sovet İttifaqı rəhbərliyi Abşeron yarımadasını ağır sənaye mərkəzinə çevirmək qərarına gəlir. Bu məqsədlə Abşeronda ikinci bir sənaye mərkəzi tikmək planlaşdırırlır. İlk tikinti işləri 1938-ci ildə başlanır. Lakin İkinci dünya müharibəsininbaşlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisində azərbaycanlılar ilə yanaşı müharibədə əsir düşmüş almanlar da işlədilirdi. 1949-cu ildə Sumqayıta şəhər statusu verilir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər