Xəbər xətti
18-10-2021
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

İsmayıllıda “dini radikalizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib

Baxılıb: 2627     Tarix: 17-08-2016 11:31   
İsmayıllıda “dini radikalizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda seminar-müşavirə keçirilib.

Dini icma sədrlərinin, imam və Axundların, dini ayinlərin icraçılarının, ictimaiyyət nümayəndələrinin, ağsaqqal və gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə RİH başçısının birinci müavini Rövşən Ağayev açıb. Geniş məruzə ilə çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı radikalizmlə mübarizədə dini icmaların rolu və fəaliyyəti barədə konkret həyati faktlar əsasında danışıb. Qeyd edib ki, radikal və dini cərəyanlara qarşı ciddi mübarizə ilahiyyat elminə əsaslanmaqla, dövlət mövqeyində sabit dayanmaqla aparılmalıdır.

Məruzəçi dünyanın bir çox ölkələrində milli, dini zəmində münaqişələrin baş alıb getdiyi bir vaxtda Azərbaycanda tolerantlıq və multikultural dəyərlər hökm sürdüyünü, dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin təbliğini, tolerant və multikultural ənənələrimizin təşviqinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi, “Cümə” məscidinin imamı Şahzadə Bilalov çıxış edərək deyib ki, İsmayıllıda dini durum sabitdir, qeyri-ənənəvi, radikal dini cərəyan və təriqətlərə qarşı mübarizə düşünülmüş qaydada, qanuni əsasda aparılır. İcmaların fəaliyyəti getdikcə yaxşılaşır. Lakin ilahiyyat elmini, Quranı dərindən mənimsəyən, haqqı müdafiə etməyi bacaran dini kadrlara daha çox ehtiyac var.
Sonda Komitə sədrinin birinci müavini sualları cavablandırıb.

Elnarə Günəş/Sumqayitfakt.Az

İsmayıllıda “dini radikalizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib
İsmayıllıda “dini radikalizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər