Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Kollektivimizin sevimlisi

Baxılıb: 4193     Tarix: 18-11-2021 19:41   
Kollektivimizin sevimlisi

Ömrünün 50 ilini artıq arxada qoyan Gülnar Eldar qızı Allahverdiyeva 1971-ci il noyabrın 18-də Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. 1978-ci ildə Sumqayıt şəhər 17 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub. 1988-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib. Elə həmin ildə Bakı Maliyyə Kredit Texnikumunun Maliyyəçi fakültəsinə qəbul olub. 1991-ci ilə kimi həmin texnikumda təhsil alıb. 1992-ci ildən bu günə kimi Sumqayıt şəhər Mənzil Komunal Təsərrüfatı İstismar Birliyi İdarəsində aparıcı mühasib vəzifəsində çalışır.
Özünün yaxşı işi, işgüzarlığı ilə bütün bu illərdə kollektivin böyük hörmətini qazanıb. Dəfələrlə fəxri fərmanlara layiq görülüb. Gülnar xanım əslən Qarabağlıdır. Bu ilki doğum günü və yubileyi onun üçün ikiqat sevinc və bayramdır. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun gücü ilə 30 illik həsrətimiz sona yetib.



Gülnar xanım da ulularının və atası Eldar Allahverdiyevin uyuduğu Cəbrayılın və bütövlükdə Qarabağın ziyarətinə getməyi səbirsizliklə gözləyir. İnşaallah, inanırıq ki, gələn ad gününü Gülnar xanım doğma Qarabağımızda qeyd edəcər. Təki sağlıq olsun.
Tanınmış şairə Nəcibə İlkin Gülnar xanımın 50 illik yubileyini belə bir maraqlı şeirlə təbrik edir.

Adının sirri var, möcüzəsi var,
Narın gülüşü var dodaqlarında.
Ana təbiətin şux gözəlliyi,
Çiçək tək açılıb yanaqlarında.

Narın çiçəyidir, narın yağışı,
Gizlənib gözünün bəxt ulduzunda.
Ömrün 50 illik bahar nəfəsi,
Uğurlar gətirib tale yazında.

Mübarək 50 yaşın, bu ömür payın,
Ürəkdən alqışlar ürəklər sizi.
Bu ömrün xoş üzü, isti nəfəsi,
Qoynunda dil açıb, diləklər sizi.

Biz də hamımızın sevimlisi Gülnar xanımı bir daha kollektivimizin adından təbrik edirik: Dərin hörmətlə- Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstismar Birliyinin kollektivi


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər