Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

“Boz atlı Gülalı” - yeni kitab

Baxılıb: 467     Tarix: 06-09-2021 22:04   
“Boz atlı Gülalı” - yeni kitab
Bu yaxınlarda əməkdar jurnalist, “İnsan və Təbiət” qəzetinin baş redaktorunun birinci müavini İldırım Dəmirlinin “Azəri” Poliqrafiya tərəfindən “Boz atlı Gülalı” kitabı işıq üzü görmüşdür. Kitabın redaktoru jurnalist-publisist Sədi Hacıyevdir.
Uğurlu və dəyərli qələm məhsulu olan bu kitabda “Boz atlı Gülalı” povesti yer alıb. Burada məğrur bir dağ adamının həyatından, cəsurluğundan, mərdliyindən bəhs edilir. Əsərin qəhrəmanı 96 il ömür sürmüş, məşğuliyyətini ata bağlamış, hətta qocalığını at belində keçirmiş, atların dilini yaxşı bilmiş el ağsaqqalı Gülalı kişidir. Onun çoxlu atı olmuş, sevimli Boz atı isə onu yaxşı başa düşmüşdür. Halallıqla yaşamış, ciddiliyi, qorxmazlığı, tələbkarlığı və qayğıkeşliyi ilə mahalda seçilmiş Gülalı kişi yeni nəslə örnəkdir. Nəticəsi Səmid Əliyevin qəhrəmancasına şəhid olması isə kitabda ürək ağrıdan, könül göynədən ifadələrlə oxusuya çatdırılır.

Kitab bir neçə fəsildən ibarətdir. Burada İldırım müəllim sinif yoldaşları, dünyalar qədər sevdiyi əziz anası, həmçinin vaxtsız həyatı tərk etmiş ömür-gün yoldaşı barədə yazıları ətraflı və dolğun qələmə alıb.

Kitabda həmçinin Qarabağ müharibəsi döyüşçülərinə də xüsusi yer verilib. Vətən müharibəsinin qaziləri Orxan Şamilli, Yaşar Şirəliyev, Elmin Malıyevin müharibədəki qorxmazlığı və cəsurluğundan geniş yazılıb.

Eyni zamanda müəllifin dostları, yaxınları, qələm dostları haqqında ürək sözləri, xatirələri oxunaqlığı ilə seçilir.

İldırım Dəmirlinin böyük maraq və sevinclə qarşılanan yeni yaradıcı məhsulu onun bir daha əsl vətənpərvər insan, təcrübəli jurnalist olmasından xəbər verir.

İnanırıq ki, “Boz atlı Gülalı” geniş oxucu kütləsinin qəlbinə yol tapacaq, rəğbətini qazanacaqdır.

İlhamə Məhəmmədqızı


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər