Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Əlillik dərəcəsi necə müəyyənləşdiriləcək? (ŞƏRH)

Baxılıb: 3172     Tarix: 05-06-2021 17:05   
Əlillik dərəcəsi necə müəyyənləşdiriləcək? (ŞƏRH)

"Avropa Birliyində olduğu kimi əlillik dərəcələri əmək qabiliyyətinin itirilməsi faizinə uyğun olaraq müəyyənləşdiriləcək".

Sumqayitfakt.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik dərəcələri ilə bağlı Milli Məclisə təqdim edilən yeni qanun layihəsindən danışarkən deyib. Onun sözlərinə görə, əmək qabiliyyətini daha çox itirmiş vətəndaşlar yüksək sosial dəstəyi olan qrupa daxil ediləcək:

"Burada əsas məqsəd əlilliyin müəyyənləşdirib beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Nəzərə alaq ki, Avropa Birliyinə üzv olan ölkələrdə oxşar praktikadan istifadə olunur. Bu praktikanın məqsəd və mahiyyəti ondan ibarətdir ki, əmək qabiliyyətini itirməsinə görə əlillik dərəcəsinin müəyyənləşdirilməsi həyata keçiriləcək. Bu da nəticə etibarı ilə imkan verirəcək ki, əlillik dərəcəsi müəyyələşdirilən zaman məhz vətəndaşın əmək qabiliyyəti nəzərə alınsın. Bu əlillik dərəcələrinin daha doğru meyarlarla müəyyənləşdirilməsinə imkan verəcək".

Deputat eyni zamanda bildirib ki, bu fiziki imkanı məhdud olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından da vacibdir:

"Çünki nəticə etibarı ilə imkan verəcək ki, növbəti illərdə həm əlillik dərəcələrinin müəyyənləşdirilməsində yeni qaydalar, həm də qaydalar çərçivəsində bu istiqamətdə daha çox vəsaitin ayrılması mümkün olsun".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər