Xəbər xətti
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Azərbaycanda karantinlə bağlı MÜHÜM XƏBƏR - AVQUST ayından...

Baxılıb: 2110     Tarix: 04-06-2021 09:44   
Azərbaycanda karantinlə bağlı MÜHÜM XƏBƏR - AVQUST ayından...

"COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə əməl olunmaqla Gürcüstan və Türkiyədən gələn turistlərə məhdudiyyətlər aradan qaldırıla bilər".


Sumqayitfakt.Az milli.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının "Turizm və xidmət üzrə iş" Komissiyasının sədri Ruslan Quliyev deyib.

O bildirib ki, dünya əhalisi də hansı ölkələrdə yumşalma varsa, epidemioloji vəziyyəti stabildirsə, o ölkələrə səyahətdə maraqlıdırlar:

"BƏƏ, Türkiyə, Gürcüstan və digər ölkələr müəyyən şərtləri, standartları tətbiq etməklə turist axınına səbəb olacaq addımlar atıblar. Hazırda ölkəmizdəki yumşalmaları doğru addım hesab edirik. Əlbəttə ki, yenə də gigyena qaydalarına əməl olunmalıdır.

Azərbaycanda keçirilən böyük idman yarışları hər zaman bura gələn turistlərin sayına təsir edibdir. Düşünürük ki, avqust ayından sonrakı mərhələdə də müəyyən yumşalmalar ola bilər və eyni zamanda əksi də ola bilər. Amma istənilən halda 2021-ci ili ümid və bərpa ili kimi nəzərə alsaq, 2022-ci ildən sonra hər şey yenidən bərpa oluna bilər, həyat öz axarına dönə bilər. Burada ölkəyə gələn turistlərdə test nəticələrinin etibarlılığı, yəni 48 saatdan 72-96 saata qədər qaldırılarsa, bu da əlavə turist axınına səbəb ola bilər.

Amma hər bir halda hər şey yenə də əvvəlki kimi olmayacaq. Bu da bizi sövq edir ki, daim standartlara və COVID 19-a qarşı mübarizə tədbirlərində ayıq-sayıq olaq. Və düşünürük ki, bu, bizim ölkə olaraq xeyirimizə nəticələnə bilər".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər