Xəbər xətti
17-09-2021
16-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Azərbaycanda əhalinin neçə faizini uşaqlar təşkil edir? – 20 ildə kəskin azalma...

Baxılıb: 4100     Tarix: 01-06-2021 12:41   
Azərbaycanda əhalinin neçə faizini uşaqlar təşkil edir? – 20 ildə kəskin azalma...

Azərbaycan əhalisinin 26 faizi uşaqlardan ibarətdir.

Əvvəlki illərlə müqayisədə uşaqların sayının əhali sayına nisbətində azalma müşahidə edilir.

2015-ci ildə əhalinin 26,7 faizi, 2010-cu ildə 27,9 faizi, 2005-ci ildə 31,8 faizi, 2000-ci ildə 37 faizi uşaqlardan ibarət olub.

2020-ci ilin əvvəlinə olan məlumata əsasən ölkə vətəndaşlarının 2,64 milyon nəfəri uşaqlardır. Uşaqların 53,4 faizi kişi, 46,6 faizi qadındır.

2000-ci illə müqayisədə uşaqların sayında da azalma baş verib. İyirmi il əvvəl uşaqların sayı 3 milyon və ya 350 min nəfər çox olub.

Həmin dövrdə uşaqların cins tərkibi də fərqli olub. Uşaqların 50,2 faizi qadın, 49,8 faizi kişi idi.

Uşaqların çox hissəsi kəndlərdə yaşayır. Kəndlərdə 1,335 milyon uşaq yaşayır ki, bu da bütün uşaqların 50,56 faizidir.

2000-ci illə müqayisədə şəhər yerlərində olan uşaqların sayının daha çox azalması qeydə alınıb. Həmin ildə uşaqların çox hissəsi (1,516 milyon nəfər) şəhərlərdə yaşadığı halda, indi uşaqların az hissəsi (1,3 milyon) şəhərlərdə yaşayır.

Son məlumata əsasən ümumi təhsil müəssisələrində 1,724 milyon uşaq təhsil alır.
Onların 108 mini məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar, 1,616 milyon nəfəri əyani ümumi təhsil müəssisələrində təhsil alan uşaqlardır.

Azərbaycanda 9 uşaq teatrı var. 2019-cu ilin məlumatına görə teatrlara gələn tamaşaçıların sayı 171 min olub.

Ölkəmizdə 89 uşaq kitabxanası, 1894 uşaq dərnəkləri və kollektivləri fəaliyyət göstərir.

Azərbaycanda hər 10 min uşağa 14 pediatr düşür. Xəstəxanalarda uşaqlar üçün 6033 çarpayı var. Ölkəmizdə həmçinin 12 uşaq sanatoriyası, 248 uşaq poliklinikası, 4 körpələr evi, 9 uşaq evi, 9 sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbi mövcuddur.

2019-cu ildə 660 uşaq övladlığa verilib. 2020-ci ilin əvvəlinə olan məlumata görə,
401,2 min uşaq müavinət alır. Müavinətin orta aylıq məbləği 118,4 manatdır (2019-cu ildə). /sfera.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər