Xəbər xətti
20-10-2021
19-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Pediatrdan övladlarını "çöpçü"lərə aparan valideynlərə xəbərdarlıq

Baxılıb: 4132     Tarix: 26-05-2021 14:45   
Pediatrdan övladlarını "çöpçü"lərə aparan valideynlərə xəbərdarlıq
"Uşaqlara zamanında qoyulan diaqnoz və edilən müdaxilələr həyatqurtarıcı olur”.

Sumqayitfakt.Az bildirir ki, bunu sfera.az-a açıqlamasında pediatr Günay Rəsulova deyib. Mütəxəssis xüsusilə "çöpçü"lərə aparılan azyaşlılardan söz açıb və bunun yanlış olduğunu bildirib:

"Ümumiyyətlə, 5 yaşa qədər uşaqlara semiçka, balqabaq tumu, tumlu giləmeyvələr, qoz, fındıq, badam,düymə, qəpiklər, göz muncuğu, sovurma bərk konfetlər qətiyyən vermək olmaz. Meyvələri tumsuz, qabığını soyaraq, çərəzləri üyüdüb yeməklərinə qataraq yedirmək lazımdır.

Əlbəttə ki, yad cisim şübhəsi olan uşaqları çöpçüyə yox, həkimə aparmalıyıq. Çünki, bu vəziyyətdə olan uşağa çöpçü üfürsə, yad cismi əksinə nəfəs yollarının dərinliyinə qədər göndərmiş olacaq və bu da uşaq üçün çox təhlükəli ola bilər. Dəfələrlə çöpçüdən bu ağırlaşmalarla gələn uşaqlar gördüyümüz üçün bu mövzuda hər zaman ürək ağrısı ilə israrcı davranırıq”.

Pediatr bildirib ki, "çöpçülər”lə bağlı məsələ dəfələrlə müzakirə edilsə də, hamı öz bildiyini edir:

"”Qonşumun gəlininin uşağında çöp qalmışdı, həkim sağaltmadı, çöpçü sağaltdı” kimi hekayələri çox dinləmişik. Müayinəyə gələn uşaqların çoxu da çöpçüyə gedib, lakin düzəlməyib. Yəni bu cür hallar da olur. Uşaqlarda bu şəkildə yad cisim qala bilər - burunda, qulaqda, boğazda, qida borusunda, nəfəs yolunda və.s. Amma onu çöpçüyə yox, həkimə aparmalısınız.

Bir gündə 5 çöpçüyə getsəniz, əlinizə bir ovuc zibil çıxarıb qoyacaq. Bir az düzgün analiz etməyə çalışaq. Xüsusilə koronavirus pandemiyası vaxtı uşaqları çöpçüyə aparıb bu virusun yayılmasına şərait yaradılması absurd və dəhşətdir”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər