Xəbər xətti
26-10-2021
25-10-2021
24-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

“WhatsApp”ın yaratdığı yeni təhlükə nədir? - Ekspert

Baxılıb: 2124     Tarix: 18-05-2021 11:39   
“WhatsApp”ın yaratdığı yeni təhlükə nədir? - Ekspert

Dəqiq tarix göstərilməsə də, bir neçə həftədən sonra bir çox istifadəçilər "WhatsApp”la vidalaşa bilərlər. Bunu istəməyənlər şirkətin şərtlərini qəbul etməlidirlər.

Xatırladaq ki, mayın 15-də, "WhatsApp”ın yenilənən gizlilik müqaviləsinin müddəti başa çatıb.

Yeni şərtləri qəbul etməyənlər əvvəlcə mesajlaşma çatlarını görə bilməyəcəklər. Sonrakı mərhələdə də sazişi imzalamayanların zəngləri və mesajları bloklanmağa başlanılacaq.

Qeyd edək ki, "WhatsApp”ın məxfilik siyasətinin yeniləyəcəyi ötən ilin dekabrında elan olunmuşdu. Lakin səs-küyə səbəb olduğundan istifadəçilərə vaxt verildi.

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da istifadəçilər şəxsi məlumatlarının "Facebook”da paylaşılacağından narahatdırlar.

Əslində narahtlığa əsas varmı? "WhatsApp”ın yeni şərtləri istifadəçilərin alternativ platformalara üz tutmasına şərait yarada bilərmi? Digər tərəfdən isə "WhatsApp”ın da daxil olduğu "Facebook” şirkətindən başqa "surprizlər” də - məsələn, gələcəkdə hansısa şərtlərin qəbul edilməyəcəyi təqdirdə "Facebook” profillərinin bloklanacağı, mesencerin görünməyəcəyi kimi məsələlərlə üzləşə bilərikmi?

Texnobloger Fərid Pərdəşünas Bizim.Media-ya açıqlamasında bildirib ki, narahatlığa əsas səbəb odur ki, insanlar onların yazışmalarının oxunacağını, şəkillərinin ortaya çıxacağını, videogörüntülərinin, danışıqlarının "Facebook"da yayımlanacağını düşünürlər:

"Bu, tamamilə yalnış anlaşılmalıdır. Biz gizli şərtlərin bəndlərinə nəzər saldıqda, görə bilərik ki, "Facebook” "WhatsApp” üzərində olan istifadəçi məlumatlarını özünün alt qurumları ilə bölüşəcək. Burada "Facebook”la bölüşülməklə,"Facebook”da bölüşülmək anlamına diqqət yetirmək lazımdır. Yəni məlumatlar ana şirkətlə bölüşülür.

"Facebook” sonradan bunu müxtəlif məqsədlər üçün istifadə edir - əsasən reklam verən biznes şirkətlərinin mənafeyi üçün bu məlumatlardan istifadə edir. Bəs hansı məlumatlarımız "Facebook"la bölüşüləcək? - Bura istifadəçinin adı, soyadı, profil şəkli, son onlayn olma tarixi, "WhatsApp”da aktivliyi, daxil olduğu qruplar, maraq dairələri aiddir. Yəni istifadəçi davranışlarından yaranan məlumatlar bölüşüləcək”.

Fərid Pərdəşünas deyir ki, "WhatsApp”da olan bütün yazışmalarımız, şəkillərimiz, şəxsi fayllar ikitərəfli şifrələmə metodu ilə qorunur. Yəni "WhatsApp”ın, "Facebook"un özündə belə bu məlumatlar görünmür:

"İstifadəçilər bu şərtləri qəbul edərkən narahat olmalı deyillər, yəni bu qədər təşvişə ehtiyac yoxdur. Onsuz da "WhatsApp” bunu zaman-zaman edib. Sadəcə olaraq, istifadəçilərlə bağlı yeni beynəlxalq qaydalara uyğun olaraq, ”whatsApp” bunu istifadəçilərlə razılaşdırmalıdır”.

Texnobloger şəxsən özünün şərtləri qəbul etdiyini qeyd edib: "Kimsə qəbul etmək istəmirsə, tövsiyyə edərdim ki, öz fayllarını bulud yaddaşlara köçürsün və "WhatsApp”la vidalaşsın”.

"WhatsApp”ın tətbiq etdiyi yeni qaydalar alternativ platformalara keçidi sürətləndirə bilərmi?

Fərid Pərdəşünas qeyd edib ki, gələcəkdə alternativ platformaların - o cümlədən də "Teleqram”, "Siqnal"ın aqibətinin necə olacağı bəlli deyil.

Gələcəkdə "Facebook” profillərimizdən istifadə ilə bağlı hansısa şərtlərlə rastlaşma ehtimalımızın olub-olmamasına gəlincə, mütəxəssis deyir ki, "Facebook”a daxil olarkən, əvvəlcədən şərtləri qəbul edirik: "Hələ ki, hansısa digər şərtlərlə qarşılaşacağımız gözlənilmir”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər