Xəbər xətti
20-10-2021
19-10-2021
18-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Evlilik haqqında doğru bilinən YANLIŞLAR

Baxılıb: 3117     Tarix: 10-05-2021 15:19   
Evlilik haqqında doğru bilinən YANLIŞLAR

Evliliklə bağlı doğru olduğunu düşündüyünüz bir çox şey səhv ola bilər!

Evlənmədən əvvəl demək olar ki, hər kəs ailə həyatını necə dəyişdirəcəyini xəyal edir. Təəssüf ki, evliliyinin ilk illərində bəzi insanlar xəyal etdikləri ilə yaşadıqları arasında çox böyük bir fərq olduğunu görəndə məyus olurlar.

Əslində doğru sandığımız, amma yanlış olan faktları təqdim edirik:

1. Sevgi xoşbəxt bir evlilik üçün lazım olan hər şeydir

Sevginin xoşbəxt və uzun bir evlilik üçün yetərli olduğunu düşünmək ən böyük səhvlərdən biridir. Evliliyin uzunömürlü olması üçün sevgidən daha çox şey lazımdır. Səbir, empatiya, diqqətli olmaq bunlardan yalnız bir neçəsidir.

2. Evliliklə münasibətləriniz daha da güclənəcək


Ümumiyyətlə, nikah bağının münasibətləri gücləndirəcəyinə inanılır. Düzdür, evlilik insanları daha da yaxınlaşdırır. Nəticədə, birlikdə bir həyat yaşayacağınıza söz verirsiniz. Ancaq səy və qarşılıqlı fədakarlıq olmadan münasibətlərinizin güclənməsini gözləməyin.

3. Uyğun bir evlilik üçün hər iki tərəf eyni şeylərlə maraqlanmalıdılar


Çox səhv bir inanc! Hər bir insanın fərqli xüsusiyyətləri var və maraqlandıqları şeylər təbii olaraq fərqli olacaq. Əlbəttə ki, həyat yoldaşınızla bölüşdüyünüz bir neçə maraq və ya hobbinizə sahib olmaq xoşdur, amma bunlara sahib olmamaq evlilik üçün də problem deyil. Fərqli şeylərə marağınız bir-birinizi tamamlamağınıza kömək edəcək.

4. Evlilikdən əvvəl həyat yoldaşları birlikdə yaşayarlarsa, həqiqətən xoşbəxt bir evlilik qurarlar.


Olduqca yanlış fikirdir. Bu qaydalar xoşbəxtlik gətirmir.

5. Uşaqlar evli cütlərin xoşbəxtliyini artırır


Bu, çox yayılmış bir inancdır. Hətta araşdırmalar göstərir ki, ilk uşaq, xüsusilə cütləri bir-birindən uzaqlaşdırır. Bunun səbəbi körpənin cütlüyün həyatını dəyişdirməsi nəticəsində yaranan stresdir. Əlbəttə bu bir qayda deyil. Bir uşağı olan və xoşbəxtliyinə xoşbəxtlik qatan edən cütlüklər də var./lent.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər