Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Sumqayıtın bu ərazisini "sel aparır"- ŞƏKİLLƏR

Baxılıb: 3186     Tarix: 29-12-2020 19:45   
Sumqayıtın bu ərazisini "sel aparır"- ŞƏKİLLƏR

Əziz oxucular, doğma Sumqayıtımızın dağı, dərəsi olmasa da, hazırda hava yağmursuz keçsə də, şəhərin bəzi ərazilərini "sel aparır."

Sumqayitfakt.Az xəbər verir ki, 9 və 4-cü mikrorayonun arasındakı yolda sürücülər özlərini hansısa ucqar dağ aşırımındakı kimi hiss edirlər. Belə ki, 2 saylı Ərazi Vergilər İdarəsinin köməkçi binasının qarşısında, Sumqayıt Dövlət Universitetindən məşhur "14 mərtəbə"yə gedən yolda su daşması nəticəsində ərazidə həm piyada, həm avtomobillə hərəkət çətinləşib.
10 gündən artıqdır ki, "müəmmalı mənbədən" axan suyun qarşısını kəsən, bu problemi həll edən kimsə və yaxud qurum tapılmır. Ətrafda yaşayan və işləyən şəhər sakinlərinin dediyinə görə, bir-iki dəfə xüsusi "uniformalı" adamlar əraziyə baş çəkib. Axan suyun qurumasının çarəsini yolun tən ortasındakı lukların qapağını qaldırmaqda, suyun ora axmasına şərait yaratmaqda görüblər. Sivilizasiyanın, texnologiyanın inkişaf etdiyi bir dövrdə bu cür üsula əl atmağın da yəqin bir səbəbi və cavabı var.
İnsanların sağlamlıqla bağlı əziyyət çəkdiyi, epidemiyanın, yoluxucu xəstəliklərin sürətli yayıldığı və günbəgün artdığı bir məqamda, ölkədə virusa qarşı mübarizə aparıldığı bir vaxtda antisanitariya yaratmaq, ciddi narahatlıq yaradan, böyük fəsadlara səbəb ola biləcək problemə bu qədər etinasız yanaşmaq məsuliyyətsizlikdir.
İnanırıq ki, tezliklə müvafiq təşkilatlar üzərlərinə düşən işin öhtəsindən gələcək və şəhər sakinlərini narahat edən problemin aradan qaldırılmasına nail olacaqlar.

Sumqayitfakt.Az









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər