Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

"Sağlam düşüncəylə yaşamağa öyrəşsək, bütün xəstəliklərə qalib gələcəyik!"- Rövşən Hüseynov

Baxılıb: 34 133     Tarix: 23-12-2020 23:29   
"Sağlam düşüncəylə yaşamağa öyrəşsək, bütün xəstəliklərə qalib gələcəyik!"- Rövşən Hüseynov
Mövsümün dəyişməsini nəzərə alsaq xəstəliklərin də baş qaldırmasını normal qarşılaya bilərdik, COVİD-19 olmasaydı.

Bəşəri bəlanın tüğyan etdiyi bir zamanda, Səhiyyə Nazirliyinin qara piarla məşğul olan "başbilən kollektivi" fəaliyyətlərini həyacan zonası səviyyəsində, yəni qırmızı zona səviyyəsində tətbiq etməyə başlayırlar. Yox, səhv başa düşməyin, mübarizə insan sağlamlığına zərər vuran virusa, xəstəliyə qarşı deyil, özlərinə rəqib bildikləri, Cənab Prezident tərəfindən yenicə yaradılan səhiyyə qurumu olan TƏBİB-ə qarşı əməlli-başlı səfərbərlik elan edilir, Səhiyyə Nazirliyinin "başbilən" kollektivi tərəfindən. Bu "başbilənlər" qara piara ayırdıqları vaxtın hesabına bəlkə də COVİD-19 vaksinini çoxdan kəşf edərək, Nobel mükafatına namzəd ola bilər, yeniliklərə imza ataraq, həm ölkəmizin adını dünyada tanıtmış olar, həm də bəşəriyyəti bu bəladan qurtarmağın yolunu tapmaqla, əvəzsiz töhfə vermiş olardılar dünyamıza. Bununla yanaşı vaksinin hazırlanmasından milyardlarla gəlir əldə edə bilərdilər. Ayıbdı vallah, bu qədər də olmaz, ölkə ölüm- dirim mübarizəsində COVİD-19-la mübarizə aparır. Səhiyyə Nazirliyinin kolletivi isə mübarizəsini TƏBİB-lə onun gənc rəhbəri Ramin Bayramlını hədəf edərək, dövrü mətbuatda, sosial şəbəkələrdə fikir formalaşdırmağa çalışırlar. Sanki bu virusun yaranmasında günahkar biri varsa TƏBİB-dir, onun gənc rəhbəridir. Bir sual edən yoxdur. Səhiyyə nazirinin özü və müavinləri haradadı? Yaxud, Səhiyyə Nazirliyinin yüzlərlə aparat işçisi hansı fəaliyyətlə məşğul olurlar. Azərbaycan respublikasının səhiyyə sisteminə cavabdeh olan, Səhiyyə Nazirinin özü və müavinləri, nazirliyin şöbələri bu gün işlədikləri qurumun əldə saxlanması mübarizəsinə itirdikləri enerjini, vaxtı, ölkə səhiyyəsinin inkişafına sərf etmiş olsaydılar, bu gün Azərbaycan səhiyyəsi indiki səviyyədən qat-qat yüksək səviyyədə olardı. Dünən yaradılan qurumun gördüyü işlərə rişxənd edərək, gözdən salmağa çalışanlar fərqindədirmi, Azərbaycan səhiyyəsinə qarşı təxribat və düşmənçiliklə məşğul olurlar? Bütün bunların əvəzinə olmazmı dərman bazarına nəzarət sistemini həyata keçirsinlər, apteklərin fəaliyyətinə nəzarət mexanizmi işləyib hazırlasınlar. Bu gün həkimlərdən çox, aptek satıcısının "resepti" ilə insanlar müalicə olunmağa çalışır. Bunun xeyrini, zərərini mütəxəsislərimiz daha yaxşı bilir. İndiki həssas zamanda yanlış müalicə daha böyük təhlükədir. Antibiotiklərdən məqsədsiz şəkildə istifadə, böyük bəlalara gətirib çıxarır. Bəs bu gün dərman bazarında vəziyyət necədir? Kim nəzarət edir bu bazara? İnsanların həyatı bu qədərmi ucuzlaşıb? Pul qazanmaq naminə insan həyatıyla alver olmaz. Qardaşlar, bacılar, sadə vətəndaşlara, ziyalılarımıza səslənirəm, fikirləşin, düşünün bu gün sizlərdən, bizlərdən özlərinin əllərində olan səlahiyyətləri qoruyub, saxlamaq naminə istifadə etməyə çalışırlar. Birmənalı olaraq deyirəm, xəstəxanalara səhiyyə ocağı kimi yox, "bazar" kimi baxanlar Azərbaycan səhiyyə sistemində olan yeniliklərin işlənib hazırlanmasına əngəllər törədirlər. Bəli, düz oxudunuz hər vəchlə əngəl olmağa çalışırlar. İcbari tibbi sığorta, TƏBİB bu gün bizə, həsəd apardığımız dünya səhiyyə təşkilatının qaydalarına uyğun olaraq, Avropada, qardaş Türkiyə səhiyyə sistemində istifadə edilən proqramlar üzərində işləyərək, səhiyyəmizdə yeniliklər tətbiq etməyə çalışırlar. Xarici ölkələrdə çalışan, təhsil alan savadlı mütəxəssislərin ölkəyə gətirilməsi prosesi həyata keçirilir. Bir haşiyəyə çıxmaq istəyirəm. 27 sentyabr Vətən savaşı başlanan gündən Respublika B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun qan bankının gücləndirilmiş iş rejimində çalışaraq, yaralılarımıza qan təminatının vaxtında çatdırılması prosesini yüksək peşəkarlıqla həyata keçirdiyinin şahidi olduq. Fürsətdən istifadə edərək mərkəzin rəhbəri Valeh Hüseynova təşəkkür və minnətdarlığımı bildirirəm. Valeh Hüseynov böyük bir qəhrəmanlıq göstərərək, yüzlərlə yaralının və minlərlə qanla yaşayan qan xəstələrinin bu çətin dönəmdə - Vətən savaşı, pandemiyanın tüğyan etdiyi zamanda, çətinliklərlə üzləşməməsi üçün peşəkarlıq nümayiş etdirərək, yüksək səviyyədə arxa cəbhədə böyük zəfərin qazanılmasına öz xidmətləri ilə layiqli töhfələr verdi. Bu gün həyatda qalan yaralı qazi qardaşlarımıza görə B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Valeh Hüseynov başda olmaqla dəyərli həkimlərimizə, qan bankının əməkdaşlarına minnətdar olmalıyıq. Bəs bu mərkəz nə zaman yaradılıb? Cəmisi bir ildi. Cənab Prezidentin uzaqgörən siyasətinin bəhrəsi olaraq yaradıldı. İllər öncəki durum B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuda necə olduğunu orayla uzaqdan, yaxından əlaqəsi olan hər kəs bilir, geniş izaha ehtiyac yoxdur. Bu gün necə olmasını istənilən Azərbaycan vətəndaşı yaxınlaşıb, izləyib fəaliyyətinə nəzər yetirə bilər. Şəffaf fəaliyyət olan yerdə nöqsanlara yer qalmır. Bu adını çəkdiyim bir qurum, hansı ki minlərlə ağır qan xəstələri mütəmadi diqqət və qayğı istəyir. Necə ola bilər ki, bir il ərzində özü də pandemiyanın tüğyan etdiyi dövürdə bu qurum bu qədər yeniliklər etdi?! Bəs Səhiyyə Nazirliyinə tabeçilyi dövründə vəziyyət necə idi? Hərci-mərclik, özbaşınalıq qan çatışmamazlığı, sadalamaq istəmədiyim könül bulandıran nöqsanları, sadalamaqla qurtarmaz. Ötən illər ərzində Səhiyyə Nazirliyi nə etdi? Minlərlə savadlı, hazır mütəxəssislərin ölkədən getməsinə bilərəkdən şərait yaratdılar. Maddiyatla sınağa çəkdilər. Peşəkar həkimlər, hazır kadırlarımız dolanışığ naminə xarici ölkələrə üz tutdular. Onların hər biri uzun illər təcrübəsi olan savadlı peşəkarlar idi. Bu gün getdikləri ölkələrdə çalışdıqları klinikalarda yüksək peşəkarlıqla fəaliyyət göstərirlər. Niyə biz qazanc naminə, cibimizi doldurmaq naminə, ölkə səhiyyəsini belə bərbad hala salmalıyıq?! Özümüz özümüzə düşmən kəsilməliyik?! Ölkə başçısı Cənab Prezident İlham Əliyevin Azərbaycan səhiyyəsinə diqqəti, qayğısı hər birimizə məlumdur. Səhiyyəyə ayrılan xərclər, yüz milyonlarla vəsait təyinatı üzrə xərclənmir. Elə aparaturalar var ki, alınaraq ölkəyə gətirilmişdir, hansı ki qonşu dövlətlərin xəstəxanalarında o aparaturalardan yoxdur, bizə həsəd aparırlar. Lakin dövlət xəstəxanalarında mütəxəsis olmaması ucbatından toz basmış vəziyyətdə saxlanılır. O aparatların bir çoxu, bəs o aparaturaları, milyonlarla dəyəri olan avadanlıqları işlədə biləcək mütəxəsisləri ölkəyə dəvət etmək, yerli kadrların mütəxəsislərin hazırlanması haqqında düşündümü nazirlik? Və onun səlahiyyətli şəxsləri, qətiyyən yox. Ona görə yox ki, onları maraqlandıran səhiyyəyə ayrılan xərclərin necə bölüşdürülməsidir. Əgər normal səhiyyə sistemi istəyiriksə, Cənab Prezident İlham Əliyev tərəfindən yeni yaradılan quruma, TƏBİB-in işinə, fəaliyyətinə dəstək olaq. Çatışmamazlıqların aradan qaldırılması üçün qarşılaşdığımız nöqsanları aidiyyatı üzrə qərəssiz şəkildə yazaraq cavabdeh şəxslərə ünvanlayaq. Gələcəyimiz naminə özümüz və övladlarımızın, əziz və doğmalarımızın sağlam yaşaması naminə! Sonda bir daha qeyd etmək istəyirəm, COVİD-19 bəşəriyətin üzləşdiyi bəladı bu bəladan qurtulmağın hələlik bir yolu var. Qaydalara riayət etmək, dövlətimizə dəstək olaraq, çağırışları dinləmək, səhhətimizə zərər vura biləcək hər şeydən özümüzü qorumaq. Çindən başlayaraq dünyaya ayaq açan virusdan bu gün milyardla əhalisi olan ölkədə - Çində virusa yoluxma faktı onlarla sayılacaq qədərdir. Çalışıb özümüzü və ətrafımızı qoruyaq ki, sonra günahkar axtarışına çıxmayaq. Sağlam düşüncəylə yaşamağa öyrəşə biləriksə, bütün xəstəliklərə qalib gələcəyik!!!

Rövşən Hüseynov, şair-publisist
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər