Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Səfərbərliklə çağırılan şəxslərin kredit borcları da silinəcək? - AÇIQLAMA

Baxılıb: 3103     Tarix: 03-12-2020 13:37   
Səfərbərliklə çağırılan şəxslərin kredit borcları da silinəcək? - AÇIQLAMA

Şəhid ailələri, eyni zamanda qazilərin sosial təminatı üçün işlərə başlanıb. Bu qəhrəmanlarımızın kredit ödəmələri ilə bağlı Azərbaycan Banklar Assosiasiyası məlumat yayıb.

Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinir.

Bu vəziyyət düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımıza da şamildir. Onların da banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinir. Hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılır.

Bank eksperti Xəyal Məmmədli "ARB24"-ə bildirib ki, Azərbaycan Banklar Assosiasiyası Mərkəzi Bankın tövsiyyələrinə əsasən, Vətən Müharibəsində iştirak edən hərbi qulluqçuların və eyni zamanda zərərçəkmiş şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərin həyata keçirilməsinə başlanılıb:

"Banklardan kredit götürmüş hərbi qulluqçular kredit bazalarda hərbi qulluqçu kimi qeydiyyatdan keçiblər. Amma müharibə başalayan dövrdə dövlət başçısı tərəfindən qismən səfərbərlik elan olundu. Bu zaman orduya çağırılan şəxslər ehtiyatda olan hərbçilərdir. Onlar bankdan kredit götürən zaman aralarında dövlət qulluqçuları, özəl sektorda çalışanlar və bizneslə məşğul olanlar var. Onlar hərbi qulluqçu kimi bankların bazalarında qeydiyyatda yoxdur.

Həmin şəxslərin ailələrinə zəng olunması vahid bazanın olmaması ilə əlaqədardır. Təbii ki, əgər bu barədə banklara məlumat daxil olursa, dərhal bazaya daxil olunur".



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər