Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Bakı metrosu həftənin bu günləri işləyə bilər - Başqa çıxış yolu yoxdur...

Baxılıb: 489     Tarix: 26-11-2020 12:43   
Bakı metrosu həftənin bu günləri işləyə bilər - Başqa çıxış yolu yoxdur...

Bildiyimiz kimi, koronavirusa yoluxma üzrə statistika artmağa davam edir. Bu səbəbdən bir sıra rayon və kəndlər nəzarətə götürülüb.

Bəs, yenidən sərt qaydaların tətbiq edilməsi gözlənilirmi?

Sumqayitfakt.Az
xəbər verir ki, məsələ ilə bağlı redaktor.az-a danışan millət vəkili Razi Nurullayev karantinin sərtləşməsinə hələlik ehtiyac olmadığını bildirib:

"Biz sərt karantin tətbiq etməzdən əvvəl virusla yaşamağı öyrənməliyik. Hər kəs özünü qorumalı, maska taxmalı, gidiyena qaydalarına əməl etməlidir. Bunları edərək yoluxmanın artmasının qarşısını ala bilərik. Dövlət də qaydaları sərtləşdirmək yerinə, maska taxılmasına, vətəndaşların qoyulan tələblərə əməl etməsinə nəzarəti artırmalıdır. Qaydalara əməl etməyən şəxsləri də qanuna müvafiq qaydada cəzalandırmaq lazımdır. Çünki qadağaları artırmaq iqtisadiyyatımız üçün zərərlidir. Bu baxımdan, yenidən sərt qadağaların tətbiqinə ehtiyac görmürəm. Sadəcə qaydalara nəzarət və marifləndirmə işləri artırılsa, düşünürəm ki, bu, yetərli olacaq".

Millət vəkili ictimai nəqliyyatda sıxlığın azaldılması üçün metronun açılmasını təklif edib:

"Hökumət düşünür ki, metro açılsa orada daha çox sıxlıq olacaq və yoluxma artacaq. Əslində bu düşüncədə haqlıdırlar. Çünki eyni vaxtda metroda daha çox insan olur, nəinki avtobusda. Amma vətəndaşlar da avtobuslarda çox əziyyət çəkir. Buna görə də metronun açılmasından başqa çıxış yolu yoxdur. Düşünürəm ki, ancaq metronun açılması bu məsələni yüngülləşdirə bilər. Bu baxımdan, həftəiçi, və ya həftənin bir neçə günü metronun fəaliyyətini bərpa etmək olar. Ən azından yoxlamaq olar ki, metro açıldıqdan sonra yoluxma azalacaq, ya yox. Vəziyyət həqiqətən çox ağırdır, yoluxma sürətlə artır, mütləq hansısa tədbirlər görmək lazımdır".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər