Ermənistan müxalifəti Nikol Paşinyanın istefasını tələb edir
Baxılıb: 3112 Tarix: 16-11-2020 22:20

Yerevan şəhərinin mərkəzində müxalifətin keçirdiyi mitinq zamanı baş nazir Nikol Paşinyanın istefası tələbi irəli sürülüb.
“RİA Novosti” bildirir ki, mitinq iştirakçıları həmçinin müvəqqəti hökumət yaratmağı və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.
Xatırladaq ki, bu gün ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyan istefa verdiyini açıqlayıb./ölkə.az
Sumqayitfakt.Az
loading...
Ən çox oxunanlar