Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

Bu uşaqlara 18 yaşadək müavinət veriləcək

Baxılıb: 3420     Tarix: 09-09-2020 18:17   
Bu uşaqlara 18 yaşadək müavinət veriləcək

Müavinətin təyinatına 2021-ci il yanvarın 1-dən başlanacaq.

Sumqayitfakt.Az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) sənəd müzakirə olunub.

Sənəd uşaqları övladlığa götürən ailələri dəstəkləmək məqsədi ilə hazırlanıb. Layihədə yeni sosial müavinət növü - övladlığa götürülən uşağa görə müavinət müəyyən edilir, onun verilmə şərtləri, qaydası və bir sıra digər məsələlər tənzimlənir. Sənəddə qeyd olunur ki, müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə övladlığa götürülən hər bir uşağa görə (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında) təyin ediləcək. Müavinətin ödənilməsi uşağın 18 yaşınadək davam edəcək. Müavinətin təyinatına 2021-ci il yanvarın 1-dən başlanacaq.
Deputatlar Məlahət İbrahimqızı, Vüqar Bayramov qanun layihələri barədə öz fikirlərini açıqladılar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fərhad Ələkbərov, DOST Agentliyinin departament müdiri Cavid Şahmalıyev ölkəmizdə uşaqların övladlığa götürülməsi sahəsində vəziyyət və statistikanı diqqətə çatdırdılar.

Komitə üzvləri sənədi Milli Məclisin plenar iclasında müzakirə olunmaq üçün tövsiyyə etdilər./ölkə.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər