Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Baş Prokurorluq aztəminatlı ailələrə ərzaq yardımı edib

Baxılıb: 3112     Tarix: 08-04-2020 21:25   
Baş Prokurorluq aztəminatlı ailələrə ərzaq yardımı edib

Ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə dövlətimiz tərəfindən sistemli və təxirəsalınmaz tədbirlər həyata keçirilməklə yanaşı, həssas əhali qruplarının, həmçinin aztəminatlı ailələrin sosial müdafiəsi də diqqətdə saxlanılır.


Baş Prokurorluqdan bildirilib ki, ayrı-ayrı dövlət və özəl təşkilatlar, vətəndaşlar tərəfindən irəli sürülən nəcib təşəbbüslər çərçivəsində təşkil olunan xeyriyyə aksiyaları bu istiqamətdə işlərə töhfə olmaqla, ölkəmizdə pandemiyaya qarşı mübarizədə vətəndaş-dövlət həmrəyliyinin növbəti əyani təsdiqidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə pandemiyaya qarşı mübarizə məqsədilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsinə dair çağırışına dəstək olaraq prokurorluq əməkdaşları da sosial həmrəylik nümayiş etdirirlər. Onlar aztəminatlı ailələrə dövlət qayğısının təzahürü olaraq növbəti addım kimi, həmin ailələrin sosial müdafiəsinin həyata keçirilməsi məqsədilə yardımlar ediblər.
Baş Prokurorluğun əməkdaşları müvafiq şəhər, rayon prokurorluqları və sosial müdafiə qurumlarının nümayəndələri ilə birgə Bakı şəhərinin Nəsimi, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər, Pirallahı və Qaradağ rayonları, eləcə də Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran şəhərlərində və Abşeron rayonunda yaşayan 1000 aztəminatlı ailəyə evlərində ərzaq məhsullarından ibarət yardımlar təqdim ediblər.

Prokurorluq əməkdaşları eyni zamanda həmin insanların səhhəti ilə maraqlanıb onlarla maarifləndirici söhbətlər aparmaqla yanaşı, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydaları barədə də məlumat veriblər.
Göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edən aztəminatlı ailələrin üzvləri dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər