Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Su kimi saf - Çərşənbə haqqında

Baxılıb: 2311     Tarix: 25-02-2020 12:49   
Su kimi saf - Çərşənbə haqqında

Su necə yaranmışdır?


İlk dəfə Yer kürəsi yarandıqda temperatur minlərlə dərəcə olmuşdur. Sonralar planet soyumağa başlamışdı, onun kələ-kötür səthi formalaşdı. Atmosferdə buxar şəklində olan su damcılara çevrilib yağış şəklində yağmağa başladı, Yer səthində okeanlar əmələ gəldi. Bu zaman həyatın əmələ gəlməsi üçün heç bir şərait yox idi. Getdikcə şərait dəyişdi həyat yaranmağa başladı. Suda yağ turşuları spirtlərlə birləşib lipid molekulları əmələ gətirdi, sonra üzvi maddələrdə qatılaşma getdikcə maddələr bir-biri ilə birləşərək daha yüksək quruluşlu maddələrə çevrildi. Belə kolloid məhlullar-koaservat damlalar adlandırmışlar. Bu koaservat damlalar sonradan özü-özünü törətmişdir. İlk canlılar heterotrof olub. Məhz elə ilk həyat (canlı) suda yaranmışdır və yer kürəsi səthinin 2/3-i su ilə örtülüdür. İlk canlının su mühitində yaranmasını poetik olaraq belə qələmə almışam:

Canlılar yaranmış əvvəlcə suda,
Çox geniş yayılmış sonra quruda
Torpaq tükənməyən böyük sərvədir,
Canlıya bazisdir bu nə hikmətdir?...


Canlı orqanizmlər 10-20% su itirdikdə ölümlə nəticələnir. Həyatrımızı əsas ehtiyacı olan suyu normal həyat fəaliyyəti üçün insan sutka ərzində 2 litr həcmində qəbul etməlidir. Su orqanizmlərdə maddələri daşıyır, istiliyi tənzimləyir, sağlamlığın əsasını təşkil edir. Bədənimizin təqribən üçdə iki hissəsini su təşkil edir. Harada su varsa orada həyat var. Meduzanın 95 % -ni, insan orqanizmində plazmanın 90 % - ni, beyinin 85 % -ni, əzələ hüceyrəsində 75 % -ni, qaraciyər heceyrəsində 70 % -ni, piy toxumasında 20 %-ni su təşkil edir.

Bu qədər gərəkli olan bir maddədən -içməli sudan biz necə istifadə edirik?

Sintetik yuyucu maddələr, sənaye və məişət tullantılarının suya axıdılması, kənd təsərrüfatının normadan artıq gübrələnməsi zamanı ən çox içməli su ziyan çəkir. Məişətdə, texnikada və kənd təsərrüfatında işlənən sular şor olmayan sulardır. Azərbaycanın əsas şirin su mənbələrindən biri Kür çayıdır. Kür isə məişət və kommunal tullantılar ilə daha çox çirklənir.

Hidrosferin çirklənməsi gündəlik təhlükə sayılır. Bildiyimiz kimi su təbii həlledicidir. Ona görə də ona qarışan tullantılar daha tez yayılır (çaylar vasitəsi ilə) və canlıları kütləvi şəkildə zəhərlənməsinə səbəb olur. Suyun çirklənməsi onda həll olmuş oksigenin miqdarının azalmasına səbəb olur. Oksigen azlığı isə suda yaşayan bitki və heyvanların həyat fəaliyyətini çətinləşdirir. Çirkli sularda şəraitə uyğunlaşıb yaşayan canlıları insanların məişətdə istifadəsi yeni-yeni xəstəliklərin meydana çıxmasına səbəb olur. Neft və neft məhsulları ilə çirklənmə daha ağır nəticə verir. Məişət tullantıları ilə çirkləndirilən suların çirkləndirilməməsi üçün səy göstərməyi öyrətməliyik. Məktəblərdə şagirdlərlə bu mövzuda söhbətlər apararaq, onların maarifləndirilməsini təmin edə bilərik. Onlara da mənimsətməliyik ki, ekoloji çirklənmənin antropogen təsirlərini aradan qaldırmaq biz insanların əlindədir. İstifadə etdiyimiz suyun təmizliyinə özümüz də

nəzarət və əməl etməliyik. Demək olar ki, hər növ məişət tullantısına rast gəlmək olur. Axı bu sudan özümüz istifadə edirik.

Bəs dunyada cəmi 2% olan içməli su ehtiyatını necə qorumaq olar?

Çirkli suları zərərsizləşdirmək üçün atomar oksigendən istifadə etmək daha sərfəli və müasir üsul hesab olunur. Açıq su hövzələrinin çirklənmədən qorunması bu yolla təmin olunur.

Su ehtiyatını artırmaq məqsədi ilə insanlar həmişə çay axarları üzərində süni hövzələr, sututarlar yaratmışlar. Bu məqsədlə dünyada 60000-dən çox, Azərbaycanda isə 140-dan çox su anbarı tikilmişdir ki, bunlar da içməli su ehtiyatının qorunmasına xidmət edir.

Sənayedə, məişətdə, kənd təsərrüfatında istifadə olunan sular şirin sulardır. Təəssüflər olsun ki, insanlar bu sulardan səmərəli istifadə etmirlər. Lazım oldu-olmadı sular daima axır-sərf olunur. Qənaət edilmir. Süni su qıtlığının yaranmasına səbəb olur. Suya qənaət edən suvarma texnikasının yaradılması, məişətdə, fabrik və zavodlarda istifadə olunan suların izafi olaraq axıdılmasının qarşısı alınarsa bununla su ehtiyatını bir qədər qorumuş olarıq.

Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir o da


Şeyx Nizaminin bu misraları əsrlərin sınağından keçmiş aforizmdir. Susuz həyat yoxdur. Su Yer qabığında ən çox yayılmış maddədir. Torpaqda, atmosfer havasında xeyli miqdarda su var. Bitkilərin, heyvanların, insanların və başqa canlı orqanizmlərin həyatında su vacib amildir. Su minlərlə bitki və heyvan üçün yaşayış mühitidir. Qədərində işlətdikcə həm dəyərini daha yaxşı anlayarıq həm də gələcək qlobal problemlərin qarşısını ala bilərik.

Bundan başqa elə bölgələrimiz var ki, (Məsəl üçün: Mənim yaşadığım Ağsu rayonunun kəndlərində) orada təbii bulaqlar yoxdur. Dövlət proqramı çərçivəsində Rayonumuzda su təmizləyici qurğular quraşdırılıb, istifadəyə verilib ki, bu da öz növbəsində bir çox kəndlərin içməli su ehtiyacını qarşılayır. Amma bəzi yerlərdə yenə də İçməli su olaraq suvarma kanallarının suyundan istifadə olunur.

Dünya əhalisinin üçdə ikisi (4 milyard nəfər) ildə ən azı bir ay müddətində ciddi su qıtlığı şəraitində yaşayır. Yarım milyard insan isə il boyu ciddi su qıtlığından əziyyət çəkir. Dünyanın böyük şəhərlərinin yarısında su qıtlığı problemi vardır. Ölkəmizdə təbii və içməli su ehtiyatları başqa dövlətlərlə müqayisədə çoxdur. Lakin bütün ehtiyatların nə vaxtsa tükənmək ehtimalını unutmamalıyıq. Amma bu suyu biz necə qoruyuruq? Təbiətdə su ehtiyatının qorunması üçün biz cəmiyyət üzvlərinin baxışında dönüş etmək lazımdır. Artıq israfa yol vermək olmaz. Tanrının verdiyi nemətlərin qədrini bilməli və qorumalıyıq. Su zəruri, əvəzolunmaz nemətdir. Su ehtiyatının qorunması üçün hər birimiz səy göstərməliyik. Su bizim tükənə bilən təbii sərvətimizdir. Sərvətlərimizin tükənməməsi üçün onlardan lazım olduğu qədər istifadə etməyi bacarmalıyıq. Zərurət yaranmadıqca suyu boş yerə axıtmamalıyıq. Su bizim yaşam ehtiyacımızı və məişət tələbatımızı ödəmək üçün lazıdır. Amma unutmayaq ki, dünyanın elə yerləri vardır ki, su orada yalnız yaşamaq üçün, susuzdan ölməmək üçün ən vacib ehtiyacdır. Bu gün dünyada yarım milyon insan susuzluqdan əziyyət çəkir.

Xalqımızın milli folklorunda da suyun həyat mənbəyi olması, suyun təmizliyi və müqəddəsliyi öz əksini tapmışdır. Qədim el bayramı olan ilk Novruz çərşənbəsi olan Su çərşənbəsi, “Sular Novruzu” da adı ilə də tanınır. Dünyanın, yaranışın dörd əsas ünsürünü özündə ehtiva edən çərşənbələrimizin ilki də məhz su çərşənbəsidir ki, bu da həyatın ilk dəfə suda yarandığını sübut edir. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarix boyu onları müqəddəsləşdirərək, hərəsinə bir gün ayırıb, Su, Od, Yel, Torpaq çərşənbələrini adlandırıb. Su çərşənbəsində inanclarına əməl edilər - su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkə çarələr, bayatılar, əfsanələr və rəvayətlər var.

Qarşıdan gül ətirli bahar fəsli, çərşənblərimiz gəlir! İnsanlara sağlam, yüksək əhval ruhiyyəli və gümrah olmağı, sağlamlığı və sərvətlərimizi dəyərləndirməyi, qorumağı, həyatımızın su kimi saf, təmiz olmasını diləyirəm.

Ziba Məmmədova,
Ağsu rayonu Kəndoba kənd tam
orta məktəbinin kimya-biologiya müəllimi.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər