Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Sorğu

Əhaliyə XƏBƏRDARLIQ — Qapınızı döyüb 15 AZN istəsələr verməyin! - VİDEO

Baxılıb: 462     Tarix: 10-02-2020 20:43   
Əhaliyə XƏBƏRDARLIQ — Qapınızı döyüb 15 AZN istəsələr verməyin! - VİDEO


Bakı şəhərinin Qaradağ rayonu ərazisində dələduzlar peyda olub.


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bir neçə şəxs rayon ərazisində mənzillərin qapısını döyərək özlərini “Azəriqaz”ın əməkdaşları kimi təqdim edir və smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi xidmətini təklif edirlər.

Məlumatda deyilir ki, onlar Nizami və Nərimanov rayonlarında hələlik bəlli olan 4 mənzildə olub və smart-kartların vaxtının bitdiyini deyərək vətəndaşlardan hər birindən 15 manat pul alıblar: “Daha sonra zərəçəkmiş abonentlər Birliyin yerli qurumlarına müraciət edərək başlarına gələnləri danışıblar”.

“Azəriqaz” qazdan istifadə edən abonentlərin nəzərinə çatdırır ki, smart-kart tipli sayğacların kartlarının istifadə müddəti yoxdur:
“Zədələnmədiyi və itirilmədiyi halda daim istifadə oluna bilər. Əgər abonent kartını itiribsə və ya hansısa səbəbdən zədələnibsə, onda “ASAN Kommunal” mərkəzləri və Birliyin rayonlar üzrə xidmət sahələrinə müraciət etməklə kartın yenisini əldə etmək olar.
Bunun üçün “ASAN Kommunal” mərkəzlərində bank vasitəsilə, xidmət sahələrində isə ödəniş terminalları ilə 10 manat rüsum ödəmək lazım gəlir”.

Qurum bir daha bəyan edir ki, “Azəriqaz”ın əməkdaşları abonentin yaşadığı ünvanda xidmətlərə görə hər hansı vəsait ala bilməz və belə səlahiyyət sahibi deyil:

“Əgər bu kimi hallarla rastlaşarsınızsa, əvvəlcə həmin şəxsin xidməti vəsiqəsini tələb etməklə, daha sonra Birliyin 104/185 Çağrı mərkəzlərinə məlumat verə bilərsiniz”.

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər