Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Süni ilan zəhəri hazırlandı - İLK DƏFƏ

Baxılıb: 275     Tarix: 02-02-2020 16:45   
Süni ilan zəhəri hazırlandı - İLK DƏFƏ


Tədqiqatçılar ilk dəfə laboratoriyada ilan zəhəri toksinləri istehsal edə biliblər. Əsl ilanların yetişdirilməsini tələb etməyən bu istehsal üsulu tibb üçün əvəzolunmaz hesab edilir.

Zəhər toksinləri insan orqanlarının yaranmasına uyğunlaşdırılmış texnologiya sayəsində əldə edilən mini vəzlərdən hazırlanır.

Tədqiqatçı qrupu Cənubi Afrikadan gətirilən flap kobrası və yeddi digər ilan növünün vəzlərini bərpa edə bilib. Onların fikrincə, yeni yanaşma zəhər hazırlamaq üçün mövcud üsullar arasında çoxdan gözlənilən yenilikdir.

Belə ki, tədqiqatçılar süni ilan zəhərini kiçik ilan vəzlərinin böyüməsini dəstəkləyən optimal rejimlə hazırlayıblar. Parçalar ilan embrionlarından çıxarılaraq kök hüceyrələrə girmədən qida ilə qarışıq olan xüsusi gelə yerləşdirilib. Daha sonra hüceyrələr sürətlə bölünməyə və bir neçə ay ərzində zəhərli toksinlərin toplana biləcəyi kiçik damlalar meydana gətirən formalar yaratmağa başlayıb. Tədqiqatçılar süni şəkildə böyüdülmüş zəhərli vəzlərdə dörd fərqli hüceyrə aşkar ediblər. Onlar istehsal edilən zəhərli peptidlərin bioloji cəhətdən aktiv olduğunu və canlı ilan zəhərində olanlara bənzədiyini təsdiqləyiblər./Azərtac

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər