Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda “Eko fikir – eko film” layihəsinə yekun vuruldu - ŞƏKİLLƏR

Baxılıb: 3124     Tarix: 23-01-2020 19:14   
Sumqayıtda “Eko fikir – eko film” layihəsinə yekun vuruldu - ŞƏKİLLƏR

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə həyata keçirilən “Eko fikir – eko film” müsabiqəsi layihəsinə yekun vurulmuşdur. Gənclər Evində reallaşan sonuncu vido-sujet müsabiqəsində şəhərin müxtəlif sahələrini təmsil edən gənclər iştirak etmişlər.

Sumqayitfakt.Az xəbər verir ki, müsabiqədə çıxış edən layihə rəhbəri Ozal Abbasov layihənin Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu qeyd etmiş, layihənin məqsədinin gənclərimizin ətraf mühitin mühafizəsinə olan münasibətini müsbət istiqamətdə dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, gənclərinin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini, məsuliyyətini artırmaq və bu istiqamətdə yaradıcı senariləri üzə çıxarmaqdan ibarət olduğunu qeyd etmişdir. Vurğulandı ki, müsabiqəyə altı senari təqdim edilmiş və onlardan dördü çəkilişə uyğun hesab edilmişdir.

Layihənin kordinatoru Əli Miriyev, ekspertlər əməkdar artist Sumqayıt Dövlət Dram Teatrının aktyorları Cəlal Məmmədov, Şəmistan Süleymanlı, “Bay Film” media şirkətinin rəhbəri, kinorejisor Sahil Nəzərov və gənc qiratəçi Əliyar Rəfiyev çıxışlarında layihənin gənclərin ictimai-mədəni məsuliyyətinin inkişafına, rejisorluq sahəsində bacarıqlarının nümayiş etdirmələrinə, ətraf mühitin qorunması qaydalarına əməl etmələrinə, ekoloji problemərin aradan qaldırılmasına müsabət təsir edəcəyini vurğulamışlar.
Daha sonra video-sujetlərə baxış keçirilmiş və ekspertlərin rəyinə əsasən “Sumqayıtımızı Təmiz Saxlayaq” I, “Tullantısız Həyat” II, “Yaşıllığı qoruyaq” adlı video-sujet isə III yerə layiq görülmüşdür. Sonda iştirakçılara sertifikatlar, qaliblərə isə hədiyyələr təqdim olunmuşdur.






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər