Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Ən çox oxunanlar
Sorğu

Bakıda şirkət mühəndisindən böyük dələduzluq – 17 nəfərin 4 milyonu ələ keçirildi

Baxılıb: 2120     Tarix: 01-01-2020 12:48   
Bakıda şirkət mühəndisindən böyük dələduzluq – 17 nəfərin 4 milyonu ələ keçirildi

Bakıda 17 nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinən Nicat Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra təqsirləndirilən şəxs ifadə verib.

Növbəti proses yanvarın 14-nə təyin olunub.

İttihama görə, Nicat Qarayev Raman Eyvazova 478.283 manat, Əlikram Eyvazova 122.317, Arif Qasımova 363.700 manat, İlqar Çıraqova 125.520 manat, Ramil Nəsirova 200.000 manat, Sərxan Musayevə 1.929.500 manat maddi ziyan vuraraq dələduzluq edib.

Cinayət işi üzrə ümumilikdə 17 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Cinayət işi üzrə ziyan ümumilikdə 4 milyon manatdır.

Nicat Qarayev “Azfen” Birgə Müəssisəsinin “Azf-099” layihəsinin texniki ofis mühəndisi vəzifəsində işləyib.

Məlum olub ki, Nicat Qarayev “Scanex Enterprises Limited” xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə “Azfen” BM üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20 faiz gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda 7 faiz gəlir ödəniləcəyini vəd edərək ayrı-ayrı şəxsləri aldadıb./teleqraf.com

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər