Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ən çox oxunanlar
Sorğu

İlham Əliyev: “Prezident kimi ilk dəfə Naftalana gələndə ürəyim ağrıdı”

Baxılıb: 450     Tarix: 04-12-2019 21:14   
İlham Əliyev: “Prezident kimi ilk dəfə Naftalana gələndə ürəyim ağrıdı”

"Naftalan şəhərini müasir kurort mərkəzinə çevirmək cəhdlərimiz hesab edirəm ki, çox uğurludur”.

Sumqayitfakt.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

"Mən Prezident kimi ilk dəfə Naftalana gələndə ürəyim ağrıdı. Çünki gördüm ki, demək olar ki, şəhər dağılmış vəziyyətdədir. İnfrastruktur yox, işıq yox, qaz yox, su yox, yollar bərbad, Sovet vaxtında tikilmiş sanatoriyalar dağılıb və şəhərdə minlərlə köçkün məskunlaşıb, onların da vəziyyəti çox ağır idi.

Ona görə də, göstəriş verdim və tapşırdım ki, vəsait ayrılsın. İlk növbədə biz köçkünləri köçürdük və onlar üçün gözəl evlər tikdik. Ondan sonra investorları cəlb etdik və onlar investisiya qoymağa başladılar. Bununla paralel olaraq Naftalan şəhərində bütün hündürmərtəbəli binalar əsaslı şəkildə təmir olundu. Yeni parklar salındı, mərkəzi şəhər xəstəxanası mənim iştirakımla açıldı. 3 beşulduzlu otel – "Çinar”, "Qarabağ” və "Qaşaltı” açıldı. Bütün açılışlarda mən şəxsən iştirak etmişəm. Hal-hazırda üç və dörd ulduzlu otellərin tikintisi davam etdirilir. Sovet vaxtında Naftalana hər il Sovet məkanından 70 min adam müalicə üçün qonaq gələrdi. Biz indi bu hədəfə doğru gedirik. Artıq 30-40 min insan Naftalana dincəlməyə və müalicə almağa gəlir. Naftalanı beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək bizim başlıca məqsədimizdir. Şəhər İcra Hakimiyyəti bu işlərə böyük diqqət verməlidir. Naftalanda yaşayan vətəndaşların mütləq əksəriyyəti xidmət sektorunda fəaliyyət göstərir”, - deyə o, qeyd edib.

"Bir sözlə, sizə göstərilən böyük etimad sizin üçün böyük avansdır. İndiki şəraitdə kadrlara qarşı tələbkarlıq artır. Kadrlar qarşısında çox ciddi vəzifələr qoyulur – xüsusilə pozuntularla bağlı. Rüşvətxorluq, korrupsiya sıfır dərəcəsində olmalıdır. İnvestorları incitməməlisiniz, əksinə onlara köməklik göstərməlisiniz, onları cəlb etməlisiniz ki, vətəndaşlar sizin işinizdən razı olsun. Əgər vətəndaşlar razı olsalar, atalar söz var, xalqın gözü tərəzidir, mən də razı olacağam və sizin fəaliyyətinizə yüksək qiymət verəcəyəm. Əgər mənim etimadımız doğrultmasanız onda sizi çox ciddi cəza gözləyir. Əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və müasir dövrün tələblərinə cavab verərək rəhbərlik edəcəyiniz Naftalan şəhəri və Hacıqabul rayonunun inkişafına töhfə verəcəksiniz", - deyə İ.Əliyev sözünü yekunlaşdırıb.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər