Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Azərbaycanda uzunömürlülərin yaşadığı bölgələr - SİYAHI

Baxılıb: 394     Tarix: 10-09-2019 10:05   
Azərbaycanda uzunömürlülərin yaşadığı bölgələr - SİYAHI


Azərbaycanda yaşayan əhalinin müxtəlif yaş kateqoriyaları, o cümlədən uzunömürlülərin sayı ilə bağlı statistika açıqlanıb.

Sumqayitfakt.Az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2019-cu il yanvar ayının 1-i vəziyyətinə görə ölkə üzrə uzunömürlülər 90 və yuxarı yaşda olanlardır.

DSK rəsmisi qeyd edib ki, ölkə üzrə 50 və yuxarı yaşda əhalinin sayı 2 436 712 nəfərdir:

"Onlardan 1 115 892 nəfərini kişilər, 1 320 820 nəfərini qadınlar təşkil edir. 60 və yuxarı yaşda olanların sayı isə 1 144 508 nəfərdir ki, onlardan 504 873 nəfəri kişilər, 639 635 nəfəri qadınlardır”.

R.Süleymanov həmçinin deyib ki, əhali arasında 70 və yuxarı yaşda olanlar 401 020 nəfərdir:

"Onlardan 162 975 nəfərini kişilər, 238 045 nəfərini qadınlar təşkil edir. 80 və yuxarı yaşda olanlar isə 149 931 nəfərdir ki, onların da 58 826 nəfəri kişilər, 91105 nəfəri qadınlardır”.

Onun sözlərinə görə, 90 və yuxarı yaşda olanlar, yəni uzunömürlülərin sayı hazırda 15 148 nəfər təşkil edir:

"Onlardan 5573 nəfəri kişilər, 9575 nəfəri qadınlardır. Bu rəqəm 2015-ci ildə 10171, 2016-cı ildə 10880, 2017-ci ildə 11820, 2018-ci ildə 12207 nəfər olub. Azərbaycanda uzunömürlülərin çoxu - 2680 nəfəri Bakıda yaşayır. Onların 1262-si kişi, 1418 nəfəri qadındır.

Yaşı 90 və daha yuxarı olan şəxslər Bakıdan sonra əsasən Ağdam, Şəmkir, Gədəbəy, Tovuz rayonlarında yaşayırlar. Ağdam rayonunda yaşı 90 və daha yuxarı olan 387 nəfər (119 kişi, 268 qadın), Şəmkir rayonunda 346 nəfər (74 kişi, 272 qadın), Gədəbəy rayonunda 335 nəfər (91 kişi, 244 qadın), Tovuz rayonunda 270 nəfər (82 kişi, 188 qadın) var”.

Şöbə müdiri deyib ki, hazırda Azərbaycanda 100 və yuxarı yaşda yaşayanların sayı 880 nəfərdir:

"Onlardan 257 nəfərini kişilər, 623 nəfərini qadınlar təşkil edir. Bakıda yaşayan 100 və yuxarı yaşda əhalinin 6-sı kişi, 35-i qadındır. Laçın rayonunda (15 nəfər, onlardan kişilər - 2, qadınlar - 13), Babək rayonunda (14 nəfər, onlardan kişilər - 4, qadınlar - 10) və Lənkəran şəhərində (13 nəfər, onlardan kişilər - 5, qadınlar - 8) yaşayır”.

Süleymanov qeyd edib ki, 2018-ci ildə Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu göstəricisi ümumi əhali arasında 75,8 yaş, o cümlədən kişilərdə 73,3 qadınlarda isə 78,2 yaş təşkil edib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər