Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Baş Prokurorluq KİV-ə müraciət etdi: İntihar hadisələrinin ictimailəşdirilməsini doğru saymırıq

Baxılıb: 270     Tarix: 16-08-2019 11:38   
Baş Prokurorluq KİV-ə müraciət etdi: İntihar hadisələrinin ictimailəşdirilməsini doğru saymırıq


Bir çox mütəxəssislər hesab edirlər ki, KİV-də intihar xəbərlərinin yer alması belə hadisələrinin insanların gözündə adiləşməsinə gətirib çıxarmaqla yanaşı, həyatda ümidsizliyə qapılıb psixoloji sarsıntı keçirən insanların diqqətini cəlb edir və onlarda intihar meyllərini artırır.

Sumqayitfakt.Az xəbər verir ki, bununla bağlı trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, prokurorluq intihar hadisələrinin ictimailəşdirilməsinin əleyhinədir:

"Bu kateqoriyadan olan cinayət hadisələrinin kütləvi informasiya vasitələrində yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir. Bəzi hallarda insanlar ümüdsüzliyə qapılaraq çıxış yolunu özünə qəsd etməkdə görürlər və KİV-də yer alan bu cür yazılar dərhal onların diqqətini cəlb edir".

Baş Prokurorluğun sözçüsünün sözlərinə görə, intiharın səbəblərinə gəlincə, onlar müxtəlifdir. Bu səbəblər psixoloji və sosial səbəblər, psixiatrik və digər xəstəliklər ola bilər:

"İntihar hadisələrini ölkənin iqtisadi durumu ilə əlaqələndirmək qətiyyən düzgün deyil. Belə ki, Norveç adambaşına düşən ümumdaxili məhsulun həcminə görə dünyanın ən inkişaf etmiş ölkələrindən biri olmasına baxmayaraq, orada intihar hadisələrinin sayı da olduqca yüksəkdir. Lakin buna baxmayaraq, həmin ölkədə fəaliyyət göstərən KİV intihar hadisələrini ümumiyyətlə işıqlandırmırlar".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər