Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Nazir DYP-ni ləğv edir? - Əsədov açıqladı

Baxılıb: 331     Tarix: 15-08-2019 17:50   
Nazir DYP-ni ləğv edir? - Əsədov açıqladı
Dövlət Yol Polisinin ləğv olunacağı ilə bağlı məndə məlumat yoxdur. Əgər Daxili İşlər naziri Vilayət Eyvazov bu addımı atarsa, bizə əmrə əməl etmək düşər. Biz verilən göstərişi qətiyyətlə yerinə yetirməklə vəzifələndirilmişik.

Sumqayitfakt.Az xəbər verir ki, bu sözləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov yol polisi sisteminin ləğv olunacağı barədə mediada yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Vaqif Əsədovun sözlərinə görə, Dövlət Yol Polis İdarəsiylə bağlı hər hansı qərar verilsə, əməkdaşlar qərarı normal qarşılamalıdır.

Polkovnik həmçinin belə bir qərarın veriləcəyinə inanmadığını da deyib:

“Təəssüf ki, sürücülər arasında yol hərəkəti qaydalarına əməl etmək mədəniyyəti yüksək səviyyədə deyil. Bu gün yollardakı qayda-qanunla bağlı tətbiq edilən texnologiyalar, qanunvericiliyə olunan əlavə və dəyişikliklər polisin iştirakı olmadan hər bir hərəkət iştirakçısının fərdi olaraq öz təhlükəsizliyini təmin etməsinə imkan verir.

Amma görünən odur ki, biz cəmiyyət olaraq buna hələ hazır deyilik. Polisin köməyi olmadan heç bir hərəkət iştirakçısı hərəkətini tənzimləyə bilmir. Bizim mental xüsusiyyətlərimiz buna imkan vermir. Ona görə də nazirin bu addımı atacağına inanmıram”.

Qeyd edək ki, Daxili İşlər naziri Vilayət Eyvazovun polis sistemində köklü dəyişikliklər aparacağı, o cümlədən, Dövlət Yol Polisi sistemini ləğv edəcəyi barədə məlumat yayılıb.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər