Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Azərbaycanın dustaq sayına görə lider olmasının səbəbləri...

Baxılıb: 3481     Tarix: 11-03-2016 10:27   

Narkotik vasitələrin satışı cinayətlərin “lideri”dir; Məmməd Zeynalov: “Azərbaycanda narkotik istifadəsinə görə cinayət məsuliyyəti olduğundan məhkum sayı mexaniki surətdə artır”
 Azərbaycanın dustaq sayına görə lider olmasının səbəbləri...
Sumqayitfakt.az

Avropa Şurası qitə ölkələrindəki qadın həbsxanaları ilə bağlı xüsusi hesabat yayıb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Azərbaycan 100 min nəfər vətəndaşa düşən məhkum sayına görə (238 nəfər) Avropada 3-cü pillədə qərarlaşıb. Məhkum sayına görə Rusiya 1-ci (467), Litva 2-ci (305), Gürcüstan 3-cü (227,9 nəfər), Estoniya 5-ci (225 nəfər) və Ukrayna 6-cı (204 nəfər) pillədə qərar tutub.

Avropa Şurasının məlumatına görə, Rusiya 100 min nəfərə düşən narkotiklə bağlı cinayətlərə görə də Avropa lideridir. Bu statistikada 2-ci yeri Gürcüstan, 3-cü yeri isə Azərbaycan tutur.

Avropada 100 min nəfərə düşən ortalama məhkum sayı 124, məhkumlar arasında ölüm halları isə 10 min nəfərə 28 ölüm epizodundan ibarətdir.

Rusiya Penitensiar Xidmətə ildə 6,4 milyard avro vəsait xərcləyib və bu göstəriciyə görə də liderdir...

Bütün hallarda, Azərbaycanın adı daha bir siyahıda “lider”dir. Bu mənzərənin səbəbləri isə bir başqa mövzunun müzakirəsidir. Hələliksə Dövlət Statistika Komitəsinin saytında illər üzrə dəyişən rəqəmlərə nəzər salaq. Saytda cinayət növləri üzrə, 18 və yuxarı yaşlı məhkumlar bölümündə aşağıdakı rəqəmlər yer alıb.

2005-ci il - 13.370
2006 - 13.970
2007 - 13.882
2008 - 13.128
2009 - 14.274
2010 - 14.074
2011 - 13.247
2012 - 12.703
2013 - 12.708
2014 - 13.062

Saytda 2015-ci ilə dair statistik faktlar öz əksini tapmayıb. Amma ayrı-ayrı cinayətlər üzrə statistika qeyd olunub. Həmin statistikaya görə, bütün dövrlər üzrə daha çox narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər üstünlük təşkil edib. Ondan sonrakı sıranı xuliqanlıq, üçüncü yeri isə oğurluq tutub. Belə ki, təkcə 2014-cü ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin sayı 2379 olub. Bu sahədə törədilən cinayətlər kulminasiya nöqtəsinə 2010-cu ildə çatıb. Həmin il sözügedən cinayətin statistikası 2564 olub.

Daxili İşlər Nazirliyinin saytında isə qeyd olunub ki, 2015-ci il ərzində daxili işlər orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə birlikdə cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla icra olunmuş, vətəndaşların qanuni mənafeləri etibarlı şəkildə qorunmuş, respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına (277) görə cari ildə də MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkə mövqeyi qorunaraq kriminogen durum nəzarətdə saxlanılıb.

Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 26916 (2014-cü illə müqayisədə +9,4%) cinayət qeydə alınıb. Onların 84,2 faizini böyük ictimai təhlükə törətməyən (12588) və az ağır (7243), yalnız 15,8%-ni (3714) ağır və xüsusilə ağır cinayətlər təşkil edib.

Cinayətlərin 19,7%-i (4631) şəxsiyyət əleyhinə, 48,2% (11359) iqtisadi fəaliyyət sahəsində, 28,9% (6803) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 3,2%-i (751) dövlət hakimiyyəti əleyhinə olanlar təşkil edib.

Narkotiklərlə əlaqədar 2935 (-3,6%), o cümlədən satış məqsədilə 786 (-1,9%) cinayət aşkar edilərək qeyri-leqal dövriyyədən 804 (+131) kq narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya edilən 169 (-43) tondan çox çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 169 nəfərdən ibarət 63 cinayətkar qrup yaxalanıb, 95,6 (+19,9) kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Bu növ cinayət törətmiş 2386 nəfərdən 2126 (89,1%-i) işləməyən və oxumayan, 907 (38%) əvvəllər cinayət törətmiş şəxslər, 33 (1,4%) qadınlar təşkil edib...
Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov hesab edir ki, bu siyahıda narkotik cinayətlərinə görə Azərbaycanın ilk üçlüyə düşməsinin səbəbləri var. Belə ki, Azərbaycanda narkotik istifadəsinə görə cinayət məsuliyyəti məsələsi var. Bu da sayı mexaniki surətdə artırır: “Dünyanın bir çox ölkəsində narkotikdən istifadəyə görə cinayət məsuliyyəti yoxdur. Bizdə isə hətta şəxsin üstündə birdəfəlik istifadə miqdarında narkotik maddə tapılsa, onu cinayət məsuliyyətinə cəlb edirlər. Beynəlxalq hüquq qanunvericiliyində isə narkotikdən istifadə cinayət sayılmır”.

Müsahibimiz bütün hallarda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin artmasında da kasıbçılıq faktorunu əsas götürür. Onun sözlərinə görə, narkotiklə bağlı cinayətlərin artmasının səbəbi qazanc mənbəyidir. M.Zeynalov dedi ki, Lənkəran, Astara bölgəsində daha çox dindar insanlar yaşasa da, onlar qazanc xatirinə bu cinayəti həyata keçirirlə
r.

Sosioloqlar isə iddia edir ki, kasıb cəmiyyətlərdə xüsusən xuliqanlıq, narkotik maddələrin satışı, dələduzluqla bağlı cinayətlərin sayında ildən-ilə artım olur. Bundan başqa, məhkəmələrdəki haqsızlıq, qanunsuz hökmlər də bu statistikaların qabardılmasında mühüm rol oynayır.

S.Telmanqızı


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər