Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

Spirtli içkilərlə bağlı XƏBƏRDARLIQ: “Tərkibinə qatılan…”

Baxılıb: 430     Tarix: 10-06-2019 13:53   
Spirtli içkilərlə bağlı XƏBƏRDARLIQ: “Tərkibinə qatılan…”


“Kustar üsulla alkoqollu içkilərin hazırlanması yolverilməzdir və bu insan sağlamlığı üçün təhlükəlidir”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən bildiriblər.

Rəsmi məlumata görə, kustar üsulla alkoqollu içkilərin hazırlanmasında daha çox metil spirtindən istifadə edilir:

“Metil spirtindən istifadə edilməsinin başlıca səbəbi onun daha ucuz olmasıdır. Metil spirti insan orqanizmi üçün olduqca zərərlidir. Hətta metil spirtinin az miqdarda qəbulu belə orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Metil spirtindən əsasən qeyri-qida sənayesində istifadə edilir.

Kustar üsulla spirtli içki hazırlayarkən onun tərkibinə qatılan su yumşaldılmır, kömürdən keçirilmir. Bundan əlavə sanitar-gigiyenik norma və qaydalara əməl edilmir. İstehsalatda qida üçün yararlı olmayan, keyfiyyətsiz qablaşdırma materialları və tıxaclardan istifadə edilir. İşçilər heç bir tibbi yoxlamadan keçmədən istehsal prosesində iştirak edirlər. Bütün bunlar kustar üsulla hazırlanan spirtli içkilərin istehlak üçün yararsız olması ilə nəticələnir”.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimlənməsini həyata keçirir:

“Agentlik tərəfindən qida məhsulları, eləcə də içki və spirtli içkilər risk əsaslı nəzarətə cəlb edilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən spirtli içkilərdən də nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda məhsullara qida təhlükəsizliyi sertifikatı verilir. Həmin sertifikatla sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər.

Eləcə də ölkədə spirtli içki istehsal edən müəssisələr qida təhlükəsizliyi qeydiyyatından keçdikdən sonra həmin müəssisələrdə istehsal olunan məhsulların daxili bazarda dövriyyəsinə icazə verilir”.

Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir:

“Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların satış müəssisələrində satılan spirtli içkilər ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər”. (modern.az)


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər