Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Plastik qablar tamamilə qadağan edilir - Avropada

Baxılıb: 2151     Tarix: 28-03-2019 20:49   
Plastik qablar tamamilə qadağan edilir
Avropa 2021-ci ilə kimi tamamilə təkistifadəlik plastik əşyalardan imtina edəcək.

Bununla bağlı müvafiq qanun layihəsi martın 27-də Avropa Parlamentində qəbul olunub.

Sumqayitfakt.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub.

"Qara siyahı"ya təkistifadəlik plastik qab-qacaq, masaüstü avadanlıq, plastik içki çöpləri və s. əşyalar daxil edilib.

Bundan başqa, qanuna görə, 2029-cu ilə kimi Avropa İttifaqı ölkələri istifadə olunmuş plastik içki qablarının azı 90 faizini toplamalı olacaq. 2025-ci ilə kimi plastik içki qablarının tərkibinin azı 25 faizi təkrar emal olunmuş plastikdən ibarət olmalı olacaq. 2030-cu ildə isə minimum hədd 30 faizə qaldırılacaq.

Həmçinin, sənədə görə, "çirkləndirən ödəyir" prinsipi daha da kəskinləşdiriləcək. Belə ki, qanun istehsalçıların ətraf mühitə vurduğu ziyana görə məsuliyyətini genişləndirir. Məsələn, dənizin dərinliklərinə gedən balıqçı torlarına görə balıqçılar yox, istehsalçılar cərimələnəcək.

Gigiyenik bezlər, nəm salfetlər, plastik filterli siqaretlər istehsal edən şirkətlər, məhsulun üzərində plastik materialın ekologiyaya mənfi təsirləri barədə xəbərdarlıq yerləşdirməli olacaq.milli.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər