Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Azərbaycanda günahkar məmurlar niyə cəzalandırılmır?

Baxılıb: 3200     Tarix: 28-03-2019 18:22   
Azərbaycanda günahkar məmurlar niyə cəzalandırılmır?
“Belə bir zamanda Prezidentin bu cür humanist addım atması, bütün məsuliyyəti öz üzərinə götürməsi, əlbəttə, vətəndaş üçün, sahibkar üçün hədsiz əhəmiyyətlidir. Yəni, Prezident , iflas olmuş vətəndaşının yanında olduğunu göstərdi. Doğru yanaşmadır”.

Sumqayitfakt.Az xəbər verir ki, bunu Multimedia Mərkəzinin rəhbəri, siyasi ekspert Osman Gündüz bildirib. O, qeyd edib ki, eyni zamanda düşünürəm ki, bunu bir ənənəyə çevirmək də təhlükəlidir: “Normal sistem yaranmalıdır, baş verənlərdən nəticələr çıxarılmalıdr. Sığorta sistemi işə salınmalıdır.

Bu cür ağır nəticələrə səbəb olan faktlar aşkara çıxarılmalıdır ki, sabah təkrarlanmasın. Günahkarlar bilinməlidir və qanuna uyğun məsuliyyət daşımalıdır”.

İcra intizamının möhkəmləndirilməsinə ciddi ehtiyacın olduğunu deyən ekspert qeyd edir ki, dövlət qurumu qarşıya qoyulan vəzifələri keyfiyyətli və müasir tələblərə uyğun formada icra etməyə hazır deyil. Bunun səbəbləri araşdırılmalıdır: “Nə üçün? Vəsait ayrılmayıb, yoxsa məsuliyyətsizlik, yaxud rüşvət, korrupsiya var? Bəzən də müşahidə olunur ki, hansısa oliqarxın təsiri ilə dövlət qurumunun qərarını icra etmək problemə çevrilir.

Dövlət qurumlarına qarşı tələblər sərtləşdiriməlidir, qərar və tapşırıqların icrasına məsuliyyəsizliklə bağlı sərt tədbirlər görülməlidir. İctimai nəzarət üçün imkanlar genişləndirilməlidir.

Bəzən prezident yanında keçirilən müşavirələrdə məlum olur ki hansısa nazir və ya rəhbər şəxs verilən tapşırıqları icra etməyib. Amma sonradan müşahidə olunur ki, cəza ya olmur, ya sadəcə danlanır, ya yumşaq olur, ya da vəzifədən çıxmaqla canını qurtarır.

Düşünürəm ki, dövlət nəzarəti gücləndirilməlidir. Ciddi məsuliyyətlər, cərimələr müəyyən olunmalıdır. Bəlkə də PA-da, NK-da dövlət nəzarəti ilə bağlı əlavə strukturlar yaradılması daha faydalı ola bilərdi.

Prezident yanında İctimai Palatanın yaradılması da ictimai nəzarətin gücləndirilməsinə yardımçı ola bilərdi”.yeniavaz.com

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər