Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Qaz limiti ləğv edilsin - Deputatdan təklif

Baxılıb: 2369     Tarix: 15-03-2019 18:30   
Qaz limiti ləğv edilsin


Hökumətin hesabatı göstərdi ki, ötən il həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dövləti daha da güclənib, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Bunun nəticəsində xalq-iqtidar birliyi daha da möhkəmlənib”.
Bunu deputat Musa Qasımlı Parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.

O bildirib ki, gömrük və vergi sistemində həyata keçirilən islahatlar nəticəsində bərabər imkanların yaradılması islahatların fəlsəfəsində, mahiyyətində duran məsələdir.

Deputat söyləyib ki, ötən il ölkəmizin dəmir yolu sisteminin inkişafında görülən işlər də qeyd edilməlidir:

“Beynəlxalq bazarlara çıxış, qeyri-neft sektorunun artması ötən ilin uğurlarından biridir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, iqtisadi inkişaf olmasaydı sosial müdafiə istiqamətində mühüm addımlar atılmazdı”.

Deputat Musa Qasımlı əhaliyə təbii qazla bağlı limitin qoyulmasınının aradan qaldılrmasını hökumətə təklif edib.

Onun sözlərinə görə, təbii qaza qoyulan limit narazıçılığa səbəb olub, hökumət bu problemin aradan qaldırılması məsələsinə baxsaydı yaxşı olardı.

Çıxışı zamanı təkliflərini irəli sürən M. Qasımlı təmsil etdiyi Yardımlı rayonuna yaxın kəndlərin təbii qazla təmin olunmasını təklif edib:

“Onların təbii qazla təmin olunması meşələrin qırılmasının qarşısını alacaq. Bundan başqa seçicilər qaza qoyulan limitin ləğvini istəyirlər”.

Kəndlərdə qızların təhsilə cəlbi ilə bağlı problemlərin olduğunu deyən deputat qeyd edib ki, hər bir kənddə qadın müəllimi olarsa, o zaman qızların təhsilə cəlbində problem olmayacaq.

Xaricdə təhsil alanların diplomlarının tanınması məsələsini gündəmə gətirən deputat bildirib ki, diplomların tanınması məsələsində çox söz-söhbət gəzir, bu söhbətləri yığışdırmaq üçün Təhsil nazirliyi həmin institutlara elekton müraciət göndərməklə problemi aradan qaldıra bilər.

O, eyni zamanda təhsilin keyfiyyətinə fikir verməyin zəruriliyni qeyd edib. Bildirib ki, bunun üçün məktəb direktorları və müavinləri yerində olmalıdır.

“Bundan başqa ən ciddi problem Elm və Müdafiə Şuralarının rəhbərləri ilə bağlıdır. Güc-bəla ilə elmi iş müdafiə edib, heç bir yerdə elmi məqaləsi çıxmayan şəxs Elm və Müdafiə Şurasına həmsədr seçilir. Bu Azərbaycan elminə təhqirdir, ayıbdır. Bu məsələlərə ciddi diqqət yetirmək lazımdır. Bu şuralarda dəyişiklik edilməlidir”, - deyə deputat bildirib.


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər