Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda növbəti püşkatma keçirilib - ŞƏKİL

Baxılıb: 3195     Tarix: 27-02-2019 16:28   
Sumqayıtda növbəti püşkatma keçirilib - ŞƏKİL

Azərbaycanda məcburi köçkünlərin problemlərini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edən Prezident İlham Əliyev onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, maddi rifah halının yüksəldilməsi üçün mühüm tədbirlər görür. Ölkə başçısının tapşırığına əsasən, zəruri infrastrukturla təmin edilmiş, müasir standartlara cavab verən qəsəbələr tikilərək istifadəyə verilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Bakı və Sumqayıt şəhərlərində ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkün ailələri yeni mənzillə ilk növbədə təmin edilir.

Sumqayitfakt.Az xəbər verir ki, Sumqayıt şəhərində 12-ci mikrorayon ərazisində inşa edilmiş yeni yaşayış binaları kompleksindəki mənzillərdə məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb. Bununla əlaqədar olaraq, fevralın 27-də şəhərdəki N.Nərimanov adına Mədəniyyət Evində növbəti püşkatma keçirilib. Tədbirdə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, Sumqayıt şəhər icra başçısının müavini, ərazisi işğal olunmuş rayonların icra hakimiyyətlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Püşkatmada Sumqayıt mehmanxanasında müvəqqəti məskunlaşmış 120-ə məcburi köçkün ailəsinin nümayəndələri, mövcud qaydalar əsasında, onlar üçün əvvəlcədən ayrılmış otaq sayı üzrə bina və mənzilin nömrəsini müəyyənləşdiriblər.

Bütün zəruri infrastruktur obyektləri ilə təchiz edilmiş kompleks 12 binadan ibarətdir. Burada eyni zamanda 21 saylı məktəbə əlavə olaraq, 540 şagird yerlik dördmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib.

Yaşayış kompleksinin ərazisində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Kompleksin ümumi ərazisinin 67 faizində yaşıllıq və abadlıq işləri görülüb. Bu kompleks Sumqayıtın mərkəzində yerləşdiyindən şəhərin memarlıq üslubuna uyğun inşa olunub, binaların fasadlarına xüsusi diqqət yetirilib, fərqli üslubda pəncərələr quraşdırılıb.



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər