Xəbər xətti

15-02-2019

Yazarlar





Rublika
Arxiv
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
Sorğu

Avtobusda siqaret çəkən sürücülər CƏRİMƏLƏNƏCƏK

Baxılıb: 343     Tarix: 14-02-2019 12:50   
Avtobusda siqaret çəkən sürücülər CƏRİMƏLƏNƏCƏK

Bakı Nəqliyyat Agentliyi "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı layihəyə başlayıb.

Agentlikdən verilən məlumata görə, layihəyə əsasən Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarından istifadə edən sərnişinlər sükan arxasında tütün məmulatından istifadə edən sürücünün inzibati qaydada məsuliyyətə cəlb edilməsində iştirak edə bilər. Bunun üçün sürücünün xəta törətməsini aydın əks etdirən foto çəkilməli, avtobusun eyniləşdirmə və ya dövlət qeydiyyat nömrəsi, marşrut xəttinin nömrəsi barədə məlumatları Agentliyin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinə və ya "Tütün” başlığı ilə info@bna.az elektron ünvanına göndərilməlidir. Məlumatlar xətanın aşkar edildiyi andan 24 saat müddətinədək təqdim edilməlidir. Xətanı törədən sürücünün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilərək 40 manatdan 50 manatadək məbləğdə cərimələnməsi həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi sahəsində birgə mübarizənin əhəmiyyətli olduğunu bildirir və sərnişinləri aktiv olmağa dəvət edir.

Qeyd edək ki, rüblük olaraq daha çox inzibati xəta göndərən (məlumatları rəsmiləşdirilən) sərnişin mükafatlandırılacaq.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər