Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Azərbaycanda uşağın cinsiyyətini öyrənmək qadağan edilir

Baxılıb: 388     Tarix: 14-01-2019 19:17   
Azərbaycanda uşağın cinsiyyətini öyrənmək qadağan edilir


"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi Milli Məclisin 2019-cu il yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Bu barədə parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

O bildirib ki, qanun layihəsi tam hazıdır, yaxın vaxtlarda müzakirəyə çıxaracaq: "Yəqin ki, bu ilin yaz sessiyasında qəbul ediləcək”.

Qeyd edək ki, qanun qəbul edildikdən sonra Azərbaycanda uşağın cinsinin planlaşdırılmasına icazə verilməyəcək. Layihədə qeyd olunub ki, cins ilə bağlı irsi xəstəliyin keçilmə ehtimalının olduğu hallar istisna, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.

Bundan başqa, reproduktiv hüceyrələrin kommersiya məqsədi ilə saxlanması və istifadəsi, insan embrionunun kommersiya, hərbi və sənaye məqsədilə istifadəsi, eləcə də tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilərin (onların hissələrinin) pasiyentin razılığı olmadan saxlanılması və istifadəsi məsuliyyət yaradacaq.

Köməkçi reproduktiv texnologiyalardan istifadə qaydalarının və şərtlərinin pozulması, reproduktiv hüceyrələrin kommersiya məqsədi ilə saxlanması və istifadəsi, insan embrionunun kommersiya, hərbi və sənaye məqsədilə istifadəsi, eləcə də tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilərin (onların hissələrinin) pasiyentin razılığı olmadan saxlanılması və istifadəsi, insanın klonlaşdırılması məqsədilə reproduktiv hüceyrələrin və embrionun istifadəsi, cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılması və ya cinsi mənsubiyyətə görə hamiləliyin pozulması (selektiv abort) Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olacaq.

Qanun layihəsinin 15-ci (Reproduktiv hüceyrələrin saxlanılması hüququ) maddəsində bildirilib ki, reproduktiv sağlamlığının itirilməsi təhlükəsi olan nikah yaşına çatan kişi və qadınlar reproduktiv hüceyrələrin saxlanılması hüququna malikdirlər. Reproduktiv hüceyrələrin və embrionun kriokonservasiyası, materialın dondurulması metodu, reproduktiv hüceyrə və embrionun saxlanması şəraiti və müddətləri, ər-arvadın boşanması, onlardan birinin ölməsi halında reproduktiv hüceyrələrin və embrionun istifadəsi və məhvi yazılı məlumatlandırılmış razılıq əsasında həyata keçirilir. Peşə fəaliyyətinin və ya hərbi mükəlləfiyyətin yerinə yetirilməsi ilə əlaqədar reproduktiv sağlamlığın itirilməsi təhlükəsi olduqda reproduktiv hüceyrələrin saxlanılması üzrə xidmətlər dövlət tibb müəssisələrində ödənişsiz həyata keçirilir. Reproduktiv hüceyrələrin kommersiya məqsədi ilə saxlanması və istifadəsi qadağandır. Tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilər (onların hissəsi) yalnız pasiyentin razılığı olduqda saxlanıla və istifadə edilə bilər. Reproduktiv hüceyrələrin saxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnsanın klonlaşdırılması məqsədilə reproduktiv hüceyrələrin və embrionun istifadəsi qadağandır./report

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər