Xəbər xətti

16-01-2019

Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu

"Əvvəl bir az suvarıb, sonra qatıqlayıb" - Mirşahin Mehman haqqında danışdı

Baxılıb: 363     Tarix: 14-01-2019 11:32   
"Əvvəl bir az suvarıb, sonra qatıqlayıb"


Sumqayitfakt.Az Real.TV-yə istinadən Mirşahin Ağayevin Mehman Hüseynovla bağlı çıxşını təqdim edir.

...Ermənilərin maestroluğu ilə aparılan anti-Azərbaycan kampaniyasına ora-bura dağılmış bir ovuc azərbaycanlı, daha doğrusu Azərbaycansız da kömək edir. Məsələn, ötən həftədən başlanmış Mehman tragikomediyası.

Əslində, nə baş verib? Müvafiq savadı olmayan, reportyorluğun ilk millimetrlərində səntirləyərək dolaşan, birtərəfli, qərəzli, yoxlanmamış, qeyri-peşəkar məlumatlarla ucuz auditoriya toplayan bir yeniyetmə həbsxanada baş vermiş bir hadisə ilə əlaqədar araşdırma hədəfinə çevrilib. Bununla razılaşmayıb, aclıq elan edib. Özünün də etiraf etdiyinə görə sonradan dayandırıb, əvvəl bir az suvarıb, sonra da qatıqlayıb.

Mehmana dəstək məqsədilə aclıq yatağı açılıb. Bundan isə onun qardaşı Emin Hüseynov bir soxulcan kimi istifadə edərək balıq tutmaq niyyətinə düşüb. Baxmayaraq ki, artıq hamı, elə Mehman Hüseynov da bar-bar bağırır ki, ay camaat, ay qardaşlar, ay qardaş! Mən süd içirəm, qatıq yeyirəm, çörək yeyirəm...

Amma Emin Hüseynovla virtual aclıq yatağını bölüşən Sevinc Osmanqızı bütün ölkəni Mehmanxana gözündə görür. Amma ona dəstək verən aclıqdaşlar və ya qarındaşlar nədənsə öz fədakarlıqlarına Mehman kimi qatıq və süd düzəlişləri etmirlər. Qatığı Mehman içir, amma ağzının qatığını Emin dağıdır və hələ üstəlik, irad da tururlar ki, niyə onların qatığına turş deyirik. Azərbaycanın Avropa üçün bu qədər dəyərə malik olduğu bir zamanda, bir-iki qatıq damcısından yaranan siyasi məxluqlar xaricin orasında-burasında piket keçirir, mitinq təşkil edirlər. Hətta özünə xarici pasport ala bilməyən şəxsiyyət vəsiqəsi natamam birisi də bu yaxınlarda Bakıda mitinq planlaşdırır.

Maraqlıdır ki, sosial şəbəkədə guya 220 min izləyicisi olan bu adam birbaşa efirdə özünün xoxonminli auditoriyası ilə dərdləşmir, amma 1357 nəfərlə küçə aksiyasına üstünlük verir. Anlaşılmır. Təkrar edirəm. Mən Mehmanın nə aclıq etdiyini, nə də etmədiyini iddia edirəm.

Siyasətçinin həyatında aclıq etmək elə yemək qədər adi bir prosesdir. Amma bu mədə-şüvənliyin bir adı da var. İstintaqa təzyiq. Araşdırmanın aparılmasına hər vəchlə mane olmaq. Bəlkə elə, doğrudan, Mehman kimsəyə əl qaldırmayıb. Necə ki, Ukraynada jurnalist Arkadiy Babçenko da əvvəl öldürülmüşdü, sonra isə adam kimi gəlib mətbuat konfransı keçirdi və bəlli oldu ki, bu, bir əməliyyat imiş. Bəlkə elə bu saat Mehman Hüseynov ətrafında da bizim bilmədiyimiz bir əməliyyat gedir, ya da artıq o əməliyyat bitib?! Yəni görünmür ki, anti-Azərbaycan tör-töküntüsü bu dəfə də iflasa uğradı. 2018-ci ilin iyul terroru zamanında, Mingəçevir qəzasında olduğu kimi.

Sosial şəbəkələrin qeyri ciddi tullantıları hətta Harvard universitetini belə gözdən salır. Adam demək istəyir budu sizin Harvard! Üfürüm sizin məzmununuza! Mehmanın aclıq pozor taxtasını üzərində daşıyanlar diqqəti yayındırmaq üçün sosşəbəkələri söyüş əlüzyuyanına çeviriblər.

Yeri gəlmişkən, mənə elə gəlir ki, bu söyüş söyənlərin, dövlətə lənət oxuyanların test perioduna son verib araşdırmaların yekununu elan etmək lazımdır. Virtual küyə düşərək dövlət qurumlarında işləyə-işləyə anti-Azərbaycan fəaliyyəti göstərən sosial zavallıların ipucunu axtarmağa başlamaq lazımdır. Onda görəcəyik ki, kimin ipi kimin əlindədir. Şəxsən məndə belə bir əminlik var ki, şəbəkədə oturub gərginlik yaradanların bir qrupunun düyməsi bəzi sabiq, lap elə sadiq məmurların da əlində ola bilər.

Vəzifədən kənarlaşdırılan, amma pulu, var-dövləti üstündə qalanların hesablarına bir baxmaq olardı. Mən təkcə bank hesablarını demirəm. Onların telefon nömrələrini, əlaqələrini təftiş etmək pis olmazdı.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər