Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Bakı-Sumqayıt yolundakı yaşıllıq təpəcikləri yığışdırılacaq

Baxılıb: 2583     Tarix: 25-02-2016 15:30   
Bakı-Sumqayıt yolundakı yaşıllıq təpəcikləri yığışdırılacaq

Sumqayitfakt.az
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə-çökmə sahəsində hazırda aparılan bərpa-gücləndirmə işləri ilə bağlı son durum açıqlanıb.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin APA-ya verdiyi məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində baş vermiş sürüşmə zonasında “Azəryolservis” ASC-nin sifarişi ilə Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” (keçmiş “Azərkörpü”) tərəfindən bərkitmə işləri aparılır.

Artıq bu istiqamətdə işlərin 80 faizə qədər icra olunub. Həmin işlər yekunlaşandan sonra sürüşmə nəticəsində yolda yaranmış çatların, yolun bərpası istiqamətində işlər aparılacaq: “Digər tərəfdən, həmin ərazidə yolun Bakıdan-Sumqayıta gedən hissəsində də 5-6 metr uzunluqda, 2 metr enində çatlar yaranıb, yolun müəyyən hissələri deformasiyaya uğrayıb. Bunun da səbəbi yol kənarında yaşıllıq təpəciklərinin salınmasıdır. Həmin yol inşa olunan zaman orada yaşıllıq təpəcikləri olmayıb, həmin təpəciklər sonradan salınıb. Təpəciklər həm də yolun çiyin hissəsində salınıb. Təpəciklərin orada inşa olunması yolun çiyin hissəsinə əlavə yük olub. Beləliklə, təpəciklərin sulanması ilə bərabər ağırlıq da artıb, yolda 5-6 metrlik hissədə çatlar əmələ gəlib”.

A. Nəcəfli bildirib ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində sürüşmə baş verən hissədə, yamacda bərkitmə işlərinin başa çatmasını gözləyirlər: “Bərkitmə işləri başa çatandan sonra yolun hər iki hissəsində bərpa işləri həyata keçiriləcək. Ümumiyyətlə, yaşıllıq təpəcikləri oradan yığışdırılacaq və yolun bərpası həyata keçiriləcək. Hazırda yolda avtonəqliyyat vasitələrinin hərəkətində heç bir problem və təhlükə yoxdur”.

Qeyd edək ki, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verib, Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib, ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb.


Xatırladaq ki, yolun kənarında yaşıllıq təpəcikləri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər