Xəbər xətti
26-10-2021
25-10-2021
24-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Prezidentlər və qızları -FOTOLAR

Baxılıb: 32 546     Tarix: 20-02-2016 11:35   
Dövlət başçılarının şəxsi həyatı verdikləri seçki vədləri və həyata keçirdikləri siyasətlə paralel şəkildə ictimaiyyət üçün maraq kəsb edir. Üzdə sərt görünən, siyasi polemikalarda opponetlərinə qarşı sərtlik nümayiş etdirən dövlət başçılarının məişət həyatında ailə üzvləri ilə münasibətləri çoxları üçün maraqlıdır, xüsusən, əgər dövlət başçsıının qızları varsa... Modern.az saytı dövlət başçlarını və onların qızlarının fotolarını təqdim edir.

Prezidentlər və qızları
Özbəkistan tarxinin yeganə və əvəzsiz prezidenti İslam Kərimov 2 qız atasıdır. Onun Tatyana Kərimova ilə nikahdan Gülnarə Kərimova (1972) və Lola Kərimova (1978) adlı 2 qızı var. Bundan başqa, İslam Kərimovun ilk nikahda Natalya Kuçmidən (2008-ci ildə vəfat edib) Pyotr adı oğlu da var.
Prezidentlər və qızları

Digər Mərkəzi Asiya respublikasının əvəzsiz lideri Nursultan Nazarbayev də qız atasıdır. Onun Dariqa (1963), Dinara (1967) və Aliyə (1980) adlı 3 qızı var. Qazaxıstan prezidenti 1962-ci ildə Sara Nazarbayeva ilə evlənib.

Prezidentlər və qızları
ABŞ prezidenti Barak Obamanın isə Maliya Enn (1998) və Nataşa (2002) adlı 2 qızı var. Obama 1992-ci ildən Mişel Obama ilə evlidir.

Prezidentlər və qızları
Daha bir dünya nəhəngi olan Rusiyada da prezident ailəsində yalnız qız övladları var. Övladlarının şəxsi həyatını maksimim səviyyədə ictimaiyyətin gözündən gizlətməyə çalışan Vladimir Putinin Mariya (1985) və Katerina (1986) adlı qız övladlarının olduğu məlumdur. Rusiya prezidenti 1983-cü ildə ailə həyatı qurduğu övadlarının anası Lüdmila Şkrebnevadan 2014-cü ilin martında boşanıb.
Prezidentlər və qızları

İtaliyanın həmişə ictimaiyyətin marağında olan qalmaqallı keçmiş baş naziri Silvio Berluskoni isə həm qız, həm də oğul övladları ilə fəxr edir. Ehtiraslı siyasətçinin Karlo Dallolyo ilə 1965-ci ildə qurduğu birinci nikahından Pyersilviyo (1969) adlı oğlu və Mariya Elvira (1966) adlı qızı, 1980-c iildən evli olduğu Veronika Loriyadan isə Barbara (1984), Eleonora (1986) qızları və Luici (1988) adlı oğlu var. Bu il 80 illik yubileyini qeyd edəcək Berluskoni hər 3 qızını ailə biznesinə cəlb edə bilib.
Prezidentlər və qızları

Son illərdə şəxsi həyatındakı “sevgi üçbucağı” ilə cəmiyyətin tənqidinə tuş gələn Fransa prezidenti Fransua Olland 4 uşaq – 2 qız və 2 oğlan atasıdır. Onun oğulları Toma (1984), Jülyen (1987), qızları Klemans (1985) və Flora (1992) 1973-cü ildən bəri 25 il vətəndaş nihahında olduğu Seqolen Royaladan doğulub. 2007-ci ildən Royaladan ayrılan prezident Olland sonradan jurnalist Valeri Trierveyler və aktrisa Jüli Qaye ilə sevgi münasibətləri yaşamışdı.
Prezidentlər və qızları

Böyük Britaniya baş naziri Devid Kemeron isə həyat yoldaşına sadiqdir. O 1996-cı ildən zadəgan əsilli Samanta Kemeronla evlidir. Onların İvan Kemeron (2002), Nensi Qven (2004), Artur Keermon (2006) və Florens Kemeron (2010) adlı adlı 2 qız, 2 oğul övladı doğulub.
2009-cu ildə baş nazirin epilepsiyadan əziyyət çəkən böyük oğlu İvan dünyasını dəyişmişdi.

Prezidentlər və qızları
Ermənistan prezidenti Serj Sərkisyanın isə Rita Sərkisyanla nikahından 2 qız övladı doğulub. Onun böyük qızı Anuş Sərkisyan (1984) ölkənin Vatikadankı səfiri Mikael Minasyanla evlidir. Kiçik qız Satenik (1987) isə Kontitusiya Məhkəməsinin sədri Qaqik Xaçaturyanın qohumu Ayk Xaçatryanla ailəlidir.

Prezidentlər və qızları
Vətəndaş müharibəsinin davam etdiyi Suriyada prezident ailəsi diqqət mərkəzindədir. Prezident Bəşər Əsəd 2001-ci ildə maliyyə analitiki Əsma Əsədlə ailə həyatlı qurub. Onların Hafiz (2001), Zeyn (2003) və Kərim (2004) adlı övladları var. Prezidentin yeganə qızı Zeyn təhlükəsizlik məqsədilə xüsusi nəzarət altında yaşayır.
Prezidentlər və qızları

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan çoxuşaqlı ailə başçısıdır. Prezidentin 1978-ci ildə ailə həyatı qurduğu Əminə xanımla evlilikdən Burak (1979), Bilal (1980) adlı oğulları, Əsra (1983) və Süməyya adı 2 qızı var.

Prezidentlər və qızları
Gürcüstan prezidenti Georgi Marqvelaşvili isə heç vaxt rəsmi nikaha girməsə də, onun Anna Marqvelaşvili (1993) adlı yeganə qız övladı var. Hazırda Georgi Marqvelaşvili rəssam Maka Çiçua ilə evlidir. Onların 2015-ci ilin fevralında Teymuraz adlı oğulları doğulub.

Prezidentlər və qızları
Ukrayna prezidenti Pyotr Poroşenko da çoxuşaqlı ata sayılır. Prezidentin 1992-ci ildə evləndiyi Marina Perevedentseva ilə nikahdan Aleksey (1985), Mixail (2001) adlı oğulları, Yevgeniya və Aleksandra (2000) adlı əkiz qızları var.

Sumqayitfakt.az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər