Xəbər xətti

22-09-2017

21-09-2017

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu

Əbülfəz Babayev Lütfi Zadənin vəfatı ilə bağlı Nyu-York Elmlər Akademiyasına başsağlığı göndərib

Baxılıb: 369     Tarix: 09-09-2017 12:10   
Əbülfəz Babayev Lütfi Zadənin vəfatı ilə bağlı Nyu-York Elmlər Akademiyasına başsağlığı göndərib

Tanınmış sumqayıtlı kimyaçı alim Ə.Babayev Azərbaycanın əbədi fəxri Lütfi Zadənin vəfatı ilə bağlı Nyu-York Elmlər Akademiyasına başsağlığı göndərib

Respublikamızın tanınmış istehsalatçı alimlərindən olan kimyaçı professor, texnika elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının və Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü Əbülfəz Babayev Azərbaycanın dahi oğlu, öz yeni nəzəriyyələri ilə dünya elminə böyük töhfələr vermiş Lütfi Zadənin vəfatı ilə bağlı üzvü olduğu Nyu-York Elmlər Akademiyasına, onun üzvlərinə başsağlığı göndərmişdir.

Sumqayıtlı alim tərəfindən başsağlığı verilməsi üçün həmin Akademiyanın əsas götürülməsi səbəbsiz deyil. Belə ki, ötən əsrin 90-cı illərində Sintetik kauçuk zavodunda 17 il müəssisənin baş mühəndisi işləmiş Əbülfəz Babayev o dövrdə ABŞ-ın, İngiltərənin, Almaniyanın və Fransanın elmi jurnallarında özünün böyük maraq doğuran elmi məqalələri ilə amerika alimlərinin diqqətini cəlb etmiş və buna görə də Nyu-York Akademiyasının rəhbərliyi Sumqayıta məktub göndərərək, ondan həmin nüfuzlu elm mərkəzinin həqiqi üzvü seçilməsinə razılıq verməsini təklif etmişdi. Akademiyanın dünya miqyasında hansı statusa malik olduğunu diqqətə çatdırmaq məqsədilə qeyd edilmişdi ki, "onun üzvləri arasında 7 nəfər Nobel mükafatı laureatı vardır. Bizim Akademiyanın üzvlərindən biri də Sizin məşhur həmyerliniz, görkəmli alim Lütfi Zadədir".

Təbii ki, dahi alimimizin də ali tərkibində olduğu Nyu-York Elmlər Akademiyasının üzvü olmağı özünə şərəf hesab edən o zamankı 47 yaşlı sumqayıtlı professor Ə.Babayev Akademiyanın təklifinə məmnuniyyətlə razılıq vermişdi.

İki xarici Akademiyanın həqiqi üzvü olan professor Əbülfəz Babayev göndərdiyi başsağlığında Lütfi Zadənin dünya elminin inkişafında misilsiz xidmətlərini yüksək qiymətləndirərək, onun vəfatının təkcə ABŞ və Azərbaycan üçün deyil, bütün planetimiz üçün ağır itki olduğunu bildirmiş, Nyu-York Elmlər Akademiyasına, onun bütün dünyadan olan üzvlərinə - həmkarlarına dərin hüznlə başsağlığı vermişdir.

Qadir SULTANOV.




Sumqayitfakt.Az







loading...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Reklam
Əsas xəbərlər