Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtlı 15 yaşlı qızın intihar səbəbi : "Ana, məni bağışlayın..."

Baxılıb: 3853     Tarix: 25-01-2016 22:48   
Sumqayıtlı 15 yaşlı qızın intihar səbəbi

Aydanın ən böyük arzusu ürəyində qaldı...

Xəbər verdiyimiz ki, ötən gün Sumqayıt şəhərində 15 yaşlı orta məktəb şagirdi Aydan Əsgərzadə özünü dənizə ataraq intihar edib.

Nəsrəddin Tusi adına 12 saylı orta məktəbin 8-ci sinif şagirdi olan A. Əsgərzadənin intihara əl atmasının səbəbi hər kəsdə sual doğurur.
15 yaşlı məktəbli qız canına niyə qıydı?


Sumqayitfakt.az xəbər verir ki, Məktəbin direktoru Mətanət Abdullayeva AzVision.az-a açıqlamasında A. Əsgərzadənin intihar etməzdən öncə ailəsinə məktub yazdığını bildirib.

Direktorun sözlərinə görə, A. Əsgərzadənin intihar etməsinə səbəb ailəsinin maddi durumunun aşağı olmasıdır.

“Aydan çox həssas qız idi. Müəllimləri ondan razı idilər, dərslərə hə zaman hazırlıqlı gəlirdi. Heç kimin ondan narazılığı yox idi. Aydan intihar etməmişdən öncə anasına məktub yazıb. Məktubda qeyd edib ki, “ana məni bağışlayın, sizə yük ola bilməzdim”. Aydan yoxsul ailədə böyüyüb. Onun əkiz bacısı da var. İki bacı bir sinifdə oxuyurdu.

Bildiyimə görə, Aydan həkimə getməli imiş, amma pulları olmadığı üçün ailəsi onu xəstəxanaya apara bilməyib. Anası Aydana deyib ki, pulumuz yoxdur, səni həkimə apara bilməyəcəyik. Bundan sonra qız təsirlənib və canına qıyıb”

Direktorun sözlərinə görə, Aydanın ən böyük arzusu tələbə olmaq idi: “Universitetə daxil olmaq onun ən böyük arzusu idi. Aydanı hansısa bir məsələ narahat edən kimi şəxsən mənim özümə və müavinlərimə yaxınlaşıb deyirdi. Heç vaxt gözləməzdim ki, Aydan intihar edər. Onun ölümünə inana bilmirik”.

Qeyd edək ki, faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər