Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Azərbaycan həqiqətlərinin dünyada çatdırılmasında Qoşulmama Hərəkatı mühüm rol oynayır

Baxılıb: 2118     Tarix: 18-10-2021 11:25   
Azərbaycan həqiqətlərinin dünyada çatdırılmasında Qoşulmama Hərəkatı mühüm rol oynayır
2011-ci ildən Qoşulmama Hərəkatının üzvü, 2019-cu ildən isə təşkilatın sədri olan Azərbaycan son illərdə Hərəkatın dünyada nüfuzunun artmasında mühüm rol oynayıb. Azərbaycan bu təşkilata üzv olduqdan dörd il sonra, 2016-cı ildə Venesuelada keçirilən zirvə toplantısında 120 ölkənin dəstəyi ilə 2019-2022-ci illər üçün sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul edildi. Bu ölkələr arasındakı fikir ayrılığının kifayət qədər kəskin olduğunu nəzərə alsaq, bundan sonra təşkilata Azərbaycan kimi yekdilliklə seçilə bilən ölkənin olması ehtimal olunmur. Bu qərarın qısa müddətdə qəbul edilməsi Azərbaycana olan etimadın və ölkəmizin beynəlxalq nüfuzunun nəticəsidir.

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə təşkilatın nüfuzunu artırmaq üçün bir sıra vacib təkliflər irəli sürüb.

Azərbaycan sədrlik dövründə təşkilatın nüfuzunun artması istiqamətində bir sıra önəmli təkliflərlə çıxış edib. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hərəkat ölkələri adından BMT səviyyəsində COVID-19 ilə əlaqədar xüsusi bir toplantının keçirilməsi təklif edildi. BMT -yə üzv olan 150 -dən çox ölkə Prezident İlham Əliyevin təklifini dəstəklədi. Tədbirin keçirilməsinə etiraz edən yeganə ölkə Ermənistan idi.

Qeyd edək ki, 3-4 dekabr 2020-ci il tarixlərində BMT Baş Assambleyasının xüsusi sessiyasında 50-dən çox ölkənin prezidenti və 30-dan çox ölkənin baş nazirləri iştirak edirdi.

Covid-19 pandemiyasına qarşı dünya miqyasında mübarizənin təmin edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü sayəsində mümkün oldu.

Prezident İlham Əliyevin oktyabrın 11-də Qoşulmama Hərəkatının yüksək səviyyəli toplantısında çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu. Prezident çıxışında hərəkatın tarixi və prinsiplərindən, Azərbaycanın bu təşkilata üzvlüyündən və sədrliyindən danışdı, eyni zamanda təşkilatın fəaliyyəti ilə bağlı bir sıra təşəbbüslərlə çıxış etdi.

Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq Prinsiplərinin Qoşulmama Hərəkatının əsas fəaliyyət istiqaməti olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, bu prinsiplər müasir beynəlxalq münasibətlərdə ktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik.

“Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı”

Prezident İlham Əliyev çıxışı zamanı bəyan etdi ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Əksinə, Ermənistan işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi.

Cəzasızlıqdan həvəslənən Ermənistan daha da irəliyə gedərək Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyir, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atırdı.

Ölkə başçısı vurğuladı ki, 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd etdiyim qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı.

Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşıb və pandemiya ilə mübarizədə ciddi səylər göstərib

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdüyünü vurğulayaraq qeyd etdi ki, dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir: “Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir”.

Azərbaycan həmçinin Dünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardımdır. Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək üçün Qoşulmama Hərəkatının üzvləri də daxil olmaqla 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Azərbaycan “peyvənd milliyətçiliyin”ə və zəngin ölkələrin ehtiyaclarından daha çox peyvənd almasına açıq şəkildə öz etirazını bildirib. Sözsüz ki, bu cür hərəkətlər Qoşulmama Hərəkatına üzv olan ölkələri xalqlarını qorumaq imkanından məhrum edir. Prezident İlham Əliyev çıxışında bu məsələyə toxunaraq bir daha bəyan etdi ki, cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və biz sizin dəstəyinizə arxalanırıq.

Azərbaycan Qoşulmama Hərəkatında iştirak edən ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafı üçün addımlar atır. Bir həftə əvvəl Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis toplantısını keçirdi. Ölkə başçısı təkliflə çıxış edərək bildirdi ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünməlidir. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcəkdir.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ölkə başçısı bildirdi ki, Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir: “Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər”.

Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti, üzv ölkələrin Azərbaycanın təşəbbüslərinə verdikləri dəstək sözügedən qurumda ölkəmizin böyük nüfuz sahibi olduğunun göstəricisidir. Bütün dünyada yaxşı məlumdur ki, Azərbaycan bütövlükdə beynəlxalq təhlükəsizliyi və sülhü təmin etmək üçün fədakarlıqla çalışan bir dövlətdir. Bu baxımdan ötən dövr ərzində Azərbaycan həqiqətlərinin dünyada çatdırılmasında Qoşulmama Hərəkatının əhəmiyyəti çox böyük olmuşdur.

Təbrik Quliyev,
Kimya elmləri üzrə fəlsəfə doktoru,
Prezidentin fərdi təqaüdçüsü


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər