Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Deputat: "Torpaqlarımıza göz dikən qara qüvvələrə mənfur qonşumuzun iflas nümunəsi dərs olmalıdır"

Baxılıb: 2143     Tarix: 01-08-2021 18:11   
Deputat: "Torpaqlarımıza göz dikən qara qüvvələrə mənfur qonşumuzun iflas nümunəsi dərs olmalıdır"
"Jirinovski, bir siyasətçinin dediyi kimi, "beynində tarakan dolaşan" şəxsdir. Hər dəfə o həşəratlar tərpənməyə başlayanda sərsəm bəyanatlar verir".

Sumqayitfakt.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Müşfiq Məmmədli rusiyalı siyasətçi, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin son çıxışına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, onun verdiyi son açıqlamaya mütləq şəkildə reaksiya verilməlidir. "Bildiyimiz kimi, Jirinovski "Velikorus şovnizmi"nin təbliğatçısı, bu ideologiyanı sərsəm fikirlərlə yayan şəxsdir. Hansı ideologiyanın daşıyıcısı olursa olsun, ona heç kim ixtiyar verməyib ki, müstəqil ölkənin rəhbəri haqqında sərsəm fikirlər səsləndirsin. Ona məsləhət görərdim ki, Rusiyanın daxilində olan problemlərlə məşğul olsun. Qonşu dövlətlərə, zəngin dövlətçilik ənənəsi olmuş xalqlara yuxarıdan aşağı baxmaq kimi düşüncələrindən azad olsun",- deyə millət vəkili vurğulayıb.
M.Məmmədli qeyd edib ki, Jirinovski deyəsən tarixdən, Azərbaycanın hansı tarixi, siyasi sınaqlardan keçdiyindən, dünyaya hansı töhfələr verdiyindən, ölkəmizin yetişdirdiyi dahi şəxsiyyətlərdən bixəbərdir.
"Sovetlər İttifaqı dağıldıqdan sonra öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan Ulu Öndər Heydər Əliyevin sayəsində böyük inkişaf yolu keçdi. Onun layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev məhz bu yolu uğurla davam etdirərək düzgün strategiya və uğurlu taktiki addımlar nəticəsində ölkəmizin dünya dövlətləri sırasında mövqeyini yüksəltdi, yeni dövlət modelini dünyaya tanıtdı. Xalqımız öz doğru seçimini etmişdir. Onun Dəmir Yumruqlu lideri var. Xalqımız öz liderinin ətrafında vahid milli ideya uğrunda sıx birləşmişdir. Dövlətimiz əleyhinə fəaliyyət göstərən istənilən xarici və ya daxili qüvvəyə layiqli cavab vermək iqtidarındayıq. Torpaqlarımıza göz dikən qara qüvvələrə mənfur qonşumuzun iflas nümunəsi dərs olmalıdır",- deyə siyasətçi sözlərini tamamlayıb.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər