Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Paşinyan əsir və itkin sayını niyə gizlədir? (ŞƏRH)

Baxılıb: 3109     Tarix: 14-12-2020 16:40   
Paşinyan əsir və itkin sayını niyə gizlədir? (ŞƏRH)

"Ermənistan əsirlərin və itkin düşənlərin sayını düzgün demir".

Sumqayitfakt.Az
xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli Ermənistanın Baş naziri Nikol Paşinyanın rəsmi təsdiqlənmiş əsirlərin mübadiləsi prosesinə başlanılacağı ilə bağlı paylaşımına aydınlıq gətirərkən deyib. Ekspertin sözlərinə görə, Ermənistan heç zaman beynəlxalq hüquq və normalara əməl etməyib:



"İndi də atəşkəsə əməl etmir. Hər zaman atəşkəsi pozur, əsirlərlə normal davranmır. Əsirlərin dəfələrə sayını gizlədib. Əsirlərin, itkin düşənlərin sayını düzgün demir. Ona görə də təsdiqlənmiş ifadəsini bu səbəbdən işlədir ki, beynəlxalq vasitəçiləri aldadıb, doğru olmayan məlumatlar yaymaqda davam edə bilsinlər. Onların xislətləri budur".

Emin Həsənli qeyd edib ki, Azərbaycan hər zaman hüquq normalarına əməl edib, əsir və mülki əhali ilə hümanist davranıb:

"Ermənistan heç zaman doğru davranış sərgiləməyib. Azərbaycan 10 noyabr bəyannaməsinin bütün bəndlərinə əməl edir. Azərbaycanın əsirlərlə davranışı göz önündədir. Hətta müharibənin gedişində belə yaşlı insanıları onlara qaytardıq. Azərbaycan dünya üçün bir nümunədir. Ermənistanın Xocalı soyqırımı zamanı, eləcə də digər ərazilərdə mülki əhaliyə olan münasibətini də bütün dünya bilir".

Qeyd edək ki, Nikol Paşinyan öz "Facebook" hesabından xalqa müraciət edərək, Ermənistan və Azərbaycanın əsirlərin mübadiləsi prosesinə başlayacağını bildirib. Baş nazir "Əsirlərin mübadiləsinin başlanmasına, məhkumlarımızın qaytarılmasına yaxınlaşırıq. Çox keçmədən rəsmi təsdiqlənmiş əsirlər qrupunun qaytarılmasını gözləyirik. Bu mərhələdə şəxsiyyətləri Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan tərəfindən təsdiqlənmiş əsirləri geri qaytaracağıq”,- deyə bildirib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər