Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Müşfiq Məmmədli:"Sevindirici haldır ki, ağır günlərdə xalq olaraq birlik nümayiş etdirməyi bacardıq"

Baxılıb: 2164     Tarix: 16-11-2020 15:50   
Müşfiq Məmmədli:"Sevindirici haldır ki, ağır günlərdə xalq olaraq birlik nümayiş etdirməyi bacardıq"
Sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başladı. Bu əməliyyatlar genişlənərək, münaqişə çevrəsindən çıxıb Vətən müharibəsi həddinə çatdı. Ali Baş komandanın əmri ilə döyüşə başlayan rəşadətli ordumuz ilk gündən böyük zəfərlər qazandı. 44 gün davam edən müharibə sonda işğalda olan ərazilərimizin azadlığı və böyük qələbəmizlə nəticələndi. Cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hər kəsin səfərbər olduğu müharibə həm də xalq olaraq bütövlüyümüzün qələbəsi oldu. Siyasi partiyaların da bir yumruq altında birləşərək haqq savaşımıza dəstək verməsi sübut etdi ki, Vətən adı gələndə bütün şəxsi mənafelər, siyasi düşüncələr, fikir ayrılıqları, narazılıqlar unudulur. Birlikdə “Hər şey Vətən üçün, hər şey Vətən naminə!” ifadəsinin yerini tapdığı tarix yaşadıq.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli şanlı qələbəmiz və bundan sonrakı proseslərlə bağlı Sumqayitfakt.Az-a fikirlərini açıqlayıb. Azərbaycan xalqını Böyük Qələbə münasibətilə təbrik edən millət vəkili, həmçinin, döyüşlərdə şücaət göstərərək şəhidlik zirvəsinə ucalan oğullarımıza rəhmət, yaralılarımıza şəfa diləyib. M.Məmmədli siyasi müstəvidə və döyüş meydanında tam zəfərimizlə başa çatan müharibənin itkilərlə bərabər bizə qazandırdıqlarının mahiyyətindən danışıb. Bildirib ki, biz torpaqlarımızı işğaldan azad etməklə yanaşı, regionda geosiyasi vəziyyəti dəyişdik və nəzarəti öz üzərimizə götürməyə nail olduq. Eyni zamanda işğalçı dövlətə və havadarlarına, eləcə də bütün dünyaya dövlət və xalq olaraq nəyə qadir olduğumuzu göstərə bildik.
Deputat qeyd edib ki, 30 illik mübarizəmizin bu cür nəticələnəcəyi gözlənilən idi. Ölkə başçısının siyasi arenadakı gücü və möhkəmlənən ordumuz bizə nəinki ümidli olmağa işıqlı sabaha, qələbəyə inanmağa imkan verirdi. Və budur biz 44 günə torpaqlarını işğaldan azad edən, düşməni diz çökdürən qalib ölkənin vətəndaşlarıyıq.
“Sevindirici və qürurverici haldır ki, ağır günlərdə xalq olaraq birlik nümayiş etdirməyi bacardıq. Bütün düşüncələr, bütün baxışlar yalnız Vətənin müdafiəsinə kökləndi. Siyasi mövqeyindən, məzhəbindən və milliyətindən asılı olmayaraq istər ön, istərsə də arxa cəbhədə gücümüzü birləşdirdik. Bu isə özlüyündə dövlətin gücü, xalqın sarsılmazlığı deməkdir.
Həmin günlərdə fərqli ideologiyaya söykənən siyasi partiyaların mövqeyi və dövlətin yanında olması cəmiyyətdə müsbət qarşılandı. Bu o deməkdir ki, mövzu Vətən olanda bütün “umu-küsülər” unudulur. Müharibədən əvvəl müəyyən müxalif partiyalarla iqtidar arasında fikir ayrılıqlarının olması, indiki halda nələrinsə dəyişdiyinə tam olaraq zəmin yaratmasa da danışıqlar aparılmasının mümkün olduğunu düşünürəm, baxmayaraq ki, zamanla hakimiyyətə qarşı kəskin çıxışlar, etirazlar olub. Biz azad, demokratik dövlətdə yaşayırıq və hər kəs öz düşüncəsində, siyasi baxışlarında sərbəstdir. Azərbaycanın dövlətçiliyi, dövlət maraqları bizim üçün hər şeydən üstündür, iqtidarla müxalifət arasında hər hansı bir gərginlik yaranmasını istəmirik. Biz ölkədə demokratiya və ədalətin pozulmamasına xidmət edirik, dövlətin mənafeyinə xələl gətirən bütün fikirlərə, addımlara qarşıyıq. Ölkədə sağlam cəmiyyətin formalaşması birmənalı olaraq münasibətlərdən asılıdır. Çəkişmələr, narazılıqlar insanlarımızın sağlam, güvənli və təhlükəsiz yaşamasına mane olur. Təbii ki, dövlət hər bir vətəndaşının arxasındadır və onu qorumağa qadirdir. Dövlətimizin qanunları demokratik əsaslara söykənir və bu qanunların imkan verdiyi qədər iqtidar-müxalifət birləşməsinin bir masa ətrafında müzakirələr, dialoqlar aparması mümkündür. Hansı ki, şəxsi ambisiyaların deyil, birbaşa dövlətin, xalqın mənafeyinə xidmət edən fikirlər irəli sürülə bilər. Necə ki, Qarabağla bağlı müzakirələrdə eyni masanı bölüşə bildik, düşünürəm, digər dövlətyönümlü məsələlərdə də mübadilə aparmaq mümkündür”.

Nigar Nəriman
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər