Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Lavrovdan daha bir - AÇIQLAMA

Baxılıb: 4107     Tarix: 24-09-2020 19:30   
Lavrovdan daha bir - AÇIQLAMA

Azərbaycanın Rusiyadakı Səfirliyi Milli Məclisin Sədri Sahibə Qafarovanın sentyabrın 21-23-də Moskvaya rəsmi səfəri barədə məlumat yayıb.
Səfirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, məlumatda Azərbaycan parlamentinin spikerinin Rusiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər barədə ətraflı bildirilib.


Səfirliyin məlumatında Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşləri, Federasiya Şurasının plenar iclasında çıxış, eləcə də Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşü barədə qeyd olunub.

Bildirilib ki, Lavrovla görüşdə Sahibə Qafarova iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsini, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında müntəzəm təmasların ikitərəfli münasibətlərə dinamiz verdiyini vurğulayıb.

“Sergey Lavrov görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin tarixi, Madrid prinsiplərinin yaradılması üzərində işi və onların məğzi ilə bağlı Azərbaycan nümayəndə heyətini ətraflı məlumatlandırıb, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiyanın münaqişənin sülh yolu və dinc vasitələrlə həllinin əks olunduğu mövqeyini bir daha xatırladıb. Bununla əlaqədar Lavrov tərəflər arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə danışıqların tezliklə bərpasının vacibliyini qeyd edib. Nazirlə deputatlar arasında ətraflı fikir mübadiləsi baş tutub”, - deyə Səfirliyin məlumatında qeyd olunub.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər