Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Hikmət Hacıyev: Aparılan danışıqlar Minsk qrupunun mandatına xidmət etməyib

Baxılıb: 41 154     Tarix: 21-07-2020 12:48   
Hikmət Hacıyev: Aparılan danışıqlar Minsk qrupunun mandatına xidmət etməyib

"Azərbaycan tərəfi Minsk prosesi çərçivəsində münaqişənin həllinə sadiqdir”.


Sumqayitfakt.Az-ın məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, hazırda formatın dəyişdirilməsi gündəmdə deyil: "Aparılan danışıqlar Minsk qrupunun mandatına xidmət etməyib. Həmsədr ölkələr də bundan nəticə çıxarmalıdır. Status-kvonun bu formada saxlanılması təhlükəlidir və dəyişdirilməlidir. Məqsəd işğal faktının aradan qaldırılması olmalıdır. Formatın yox, iş metodologiyasının dəyişməsinin tərəfdarıyıq. Konkret gündəlik, cədvəl olmalıdır. Ermənistanın hər dəfə hansısa texniki məsələni əsas gətirərək danışıqları pozmasına imkan verilməməlidir. Minsk qrupunun geniş formatda iclası da keçilməlidir. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma danışıqlar prosesinin əsasını darmadağın edir. Fakt-araşdırıcı missiyalar da bunu üzə çıxarmışdı. Ermənistan qoşunların təmas xəttində, sərhəddə davamlı təxribatlar törədir. Ermənistan və Azərbaycan öz aralarında razılığa gəlsin, Minsk qrupu bunu dəstəkləyəcək demək həmsədrlərin missiyasına uyğun deyil. Mandat da tələb edir ki, işğal amili aradan qaldırılsın. Bu əsasla Azərbaycan predmetli danışıqların tərəfdarıdır. Nə zaman danışıqlar prosesində fikirlər səslənir, Ermənistan siyasi təxribatla bərabər hərbi təxribatlara əl atır. Sərhəddə törədilmiş təxribatla danışıqlar prosesini pozmaq siyasəti həyata keçirirlər”.

Sumqayitfakt.Az

H. Hacıyev qeyd edib ki, Azərbaycan konstruktiv mövqe nümayiş etdirib: "Bunun qarşılığında Ermənistan rəhbərliyinin qeyri-konstruktiv bəyanatını, Müdafiə nazirinin yeni torpaqların işğalı ilə bağlı fikirlərini eşidirik. Buna beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiya verilməlidir”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər