Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Ukraynada erməni təxribatı: Bakı, yoxsa İrəvan? - Zelenskinin cavabı

Baxılıb: 378     Tarix: 19-02-2020 12:13   
Ukraynada erməni təxribatı: Bakı, yoxsa İrəvan? - Zelenskinin cavabı

“Azərbaycanla Ermənistan arasında lobbi və maraq mübarizəsi Ukraynaya keçib. Ukraynadan bir gün fərqli ilə gələn iki xəbər bundan xəbər verir. İlk növbədə, Ukrayna Ali Radasında Xocalıda azərbaycanlıların soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi xəbəri yayıldı. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun sözlərinə görə, Azərbaycan-Ukrayna parlamentlərarası qrupu və Ali Radanın xarici əlaqələr komitəsinin üzvləri ilə bu mövzuda ilkin müzakirələr aparıblar və yaxın vaxtlarda bu məsələnin Rada komitəsində nəzərdən keçirilməsi gözlənilir”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, bu günə qədər Çexiya, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Qvatemala, Şotlandiya və ABŞ-ın 19 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan parlament aktları qəbul edib:

“Ukrayna parlamentinin bu sıraya qoşulması Ukrayna-Azərbaycan münasibətləinə müsbət təsir edərdi. Ancaq bu məqamda Ukraynadan başqa bir xəbər də gəldi.

İkinci xəbər budur ki, Ukrayna Ali Radasında xanım deputat Darya Volodinanın “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi qeydə alınıb. Maraqlıdır ki, Darya Volodina prezident Vladimir Zelenskinin rəhbəri olduğu “Xalqın qulluqçusu” partiyasının üzvüdür. Darya Volodina parlamentdə maliyyə, gömrük və vergi komitəsinin üzvüdür. Bunun özü də sual doğurur ki, dəxli olmayan komitənin üzvü nədən “erməni soyqırımı” mövzusuna maraq göstərir?

Ukrayna parlamentində Xocalı soyqırımının tanınması ilə bağlı təşəbbüsün müzakirəyə açılmasıyla eyni gündə “erməni soyqırımı” məsələsinin də qabardılması təsadüfi deyil. Bu Ukraynada azərbaycanılarla erməni diasporları arasında gedən mübarizənin təcəssümüdür. Ukraynada azərbaycanlılarla ermənilərin sayı təxminən eynidir. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, Ukraynadakı erməni daisporunun arxası daha güclüdür, ermənilərin Arsen Avakov kimi güclü naziri var ki, onu hətta Vladimir Zelenski vəzifəsindən uzaqlaşdıra bilmir. Təsadüfi deyil ki, Ukrayna parlamentində 10 ildə 4 dəfə “erməni soyqırımı”nı qəbul etdirməyə çalışan qrupun arxasında məhz Arsen Avakov dayanıb. Bu dəfəki erməni təşəbbüsün arxasında da onun dayandığına dair şübhələr var. Nə olsun ki, təklifi irəli sürən deputat Zelenskinin partiyasındandır. Arsen Avakovun qrupu “soyqırım” təklifinin məhz hakim partiyadan irəli sürməsiylə izi itirməyə çalışıb. Yəni guya bu məsələdə onun əli yoxdur”.

Elxan Şahinoğlu hesab edir ki, böyük ehtimalla Ukrayna parlamenti “erməni soyqırımı” qətnaməsini qəbul etməyəcək:

“Rada eyni təşəbbüsləri 2013, 2015 və 2019-cu illərdə də rədd etmişdi. Çünki rəsmi Kiyev adi məntiqdən çıxış edir. Ukraynanın bölgədə əsas tərəfdaşları Azərbaycan və Türkiyədir. Həm Bakı, həm də Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistan isə BMT-dəki səsvermələrdə Krımın Ukrayna ərazisi kimi göstərən qətnamələrin əleyhinə səs verir. Kiyev İrəvanın Ukrayna topaqlarını zəbt edən Rusiyanın vassalığı olduğuna şübhə etmir. Elə buna görə də Vladimir Zelenski bölgə ölkələrindən yalnız Azərbaycana və Türkiyəyə səfər etməyi lazım bildi.

“Erməni soyqırımı” qətnaməsinin Ukrayna parlamentində bu dəfə də qəbul edilməyəcəyini ermənilər də bilirlər. Sadəcə, onların bu hiyləgərliyinin arxasında Ukrayna parlamentinin Xocalı soyqırımını tanımasını əngəlləmə istəyi dayanır. Yəni ermənilər Rada rəhbərliyinə demək istəyirlər ki, “əgər erməni soyqırımını tanımırsınızsa, onda Xocalı soyqrımını da tanımayın”. Ukrayna parlamentində “erməni soyqırımı” təşəbbüsünün Xocalı soyqırımının tanınması təşəbbüsündən bir gün sonra qəfil peyda olması da bundan xəbər verir. Nə qədər ki, Arsen Avakov Ukraynanın daxili işlər naziridir, bu ölkədəki erməni diasporu təxribatlarına ara verməyəcək. Vladimir Zelenkisinin və onun tərəfdarlarının Arsen Avakova ən layiqli cavabı Radanın Xocalı soyqırımını tanıması olar”./teleqraf.com

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər