Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Ən çox oxunanlar
Sorğu

Baxşəli Əliyev: "Seçicilər deyir: “biz başqa adama səs veririk, qutudan İmamverdi İsmayılov çıxır”" -MÜSAHİBƏ

Baxılıb: 3287     Tarix: 04-02-2020 18:44   
Baxşəli Əliyev: "Seçicilər deyir: “biz başqa adama səs veririk, qutudan İmamverdi İsmayılov çıxır”"

Məlumdur ki, bu il fevral ayının 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar deputat seçkiləri keçiriləcək. Seçki tarixinə sayılı günlər qalmasına baxmayaraq, deputatlığa namizədlər yanvar ayının 17-dən başladıqları təbliğat-təşviqat kampaniyasını davam etdirirlər. Mərhələnin necə keçməsi, namizədlərin seçicilərlə görüşləri mətbuatda mütəmadi işıqlandırılır. Ayrı-ayrı dairələrdən hakim və digər partiyalar tərəfindən, eləcə də şəxsi təşəbbüsü ilə namizədliyi irəli sürülmüş namizədlər arasında müxtəlif peşə sahibləri var. Haqqında söz açdığım, daha doğrusu müsahibim olacaq müstəqil namizəd ixtisasca inşaatçı-memar və mühəndisdir, zamanında müxtəlif məsul vəzifələrdə işləyib, hal-hazırda neft sahəsində çalışır. Bununla yanaşı o, həm də yaradıçılıqla məşğul olur, iki kitab müəllifidir. Əslən Qubadlıdandır, müharibə veteranıdır. Onunla seçki ərəfəsində görüşüb, hər kəsin yenilik gözlədiy bu əhəmiyyətli hadisə haqqında fikirlərini, və niyə deputat olmaq istədiyinin səbəbini bilmək istədim. Müsahibim 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən müstəqil namizəd Baxşəli Əliyevdir.

Sumqayitfakt.Az əməkdaşımızın deputatlığa namizəd Baxşəli Əli oğlu Əliyevlə müsahibəsini təqdim edir:

-Baxşəli müəllim, sizinlə çox əhəmiyyətli bir məqamda- Milli Məclisə deputat seçkiləri ərəfəsində görüşürük. Münasibətinizi bilmək istərdim.

-Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Milli Məclis buraxılmış, 09.02.2020-ci il tarixə parlament seçkiləri təyin olunmuşdur. Prezidentin bu addımı bütün ölkə boyu rəğbətlə qarşılanmış, köklü islahatların tərkib hissəsi kimi dəyərləndirilmişdir. Bu addım tərəfimdən çox konstruktiv bir addım kimi dəyərləndirilmiş buna görə də bu kampaniyada iştiraka qərar vermişəm.

-Zəngin tərcümeyi-halınız var, təhsil səviyyəniz də nəzərəçarpan üstünlük təşkil edir.

-Mən həyatın bütün sahələrinə bələdəm, istər elmi və istərsə də təcrübi sahələr. Hələ bunların vəhdətinə də nail oluram. Müxtəlif Ali təhsil ocaqlarına qəbul olmuş, elmin sirlərinə çox asanlıqla bələd olmuşam. Çünki mənim çox güclü elmi bünövrəm olub. Bütün hadisələrə elmi yanaşdığım üçün çətinliklərim az olub.Çox vaxtımı istər öz ölkəmizin, istərsə də digər ölkələrin alim və akademikləri ilə keçirməklə onlardan çox şey öyrənmişəm. Bunlar da həyatda mənim köməyimə gəlib, işlərimdə yardımçım olub.

-Namizədliyinizi irəli sürmək təşəbbüsü nədən qaynaqlanır və ya niyə deputat olmaq istəyirsiz?

-Cənab Prezidentin Milli Məclisi buraxmaq haqqında sərəncamı ürəyimcə oldu. Axır ki, Milli Məclis praqmatik düşüncəsi zəif olan, müasir zamanla uzlaşmayan, konstruktiv fikirləri olmayan, 25 ildə bir dəfə də olsun ağzını açıb millətin, xalqın, bütövlükdə ölkənin problemlərindən söhbət açmayan “lal deputatlardan” təşkil olunan MM-dən xilas oldu. Mən yeni təşkil olunan MM-ə üzv olmağı, bilik və bacarığımı MM-in deputatı kimi ölkəmin inkişafına, xalqımın rifahına sərf etmək üçün MM-ə üzv olmaq qərarına gəldim.

-Təbliğat- təşviqat kampaniyanız necə gedir, seçicilərin fəallığı qənaətbəxdirmi?

-Hazırda namizədliyim qeydə alınmış, təbliğat-təşviqat kompaniyası aparır, seçicilərlə mütəmadi görüşür, onlara deputat kimi xidmətimdən və görəcəyim işlərdən məlumat verərək onları ətrafımda birləşdirməyə çalışıram. Seçicilər məni dərhal başa düşür, inanır və yekdilliklə mənə səs vermələrinə söz verirlər.

-Platformanız çox ümidvericidi, xüsusən də ilk bənd...

-Namizədlik platformamı düşünərək işləmişəm. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü fəaliyyətimin qayəsidir. Ölkəmizi beynəlxalq aləmdə nüfuzdan salan rüşvət və korrupsiyaya qarşı amansız mübariz olmağı düşünürəm. Ölkə vətəndaşlarının maddi və sosial vəziyyəti, o cümlədən tibb, təhsil sahəsində onlara yardım fəaliyyətimin prioritetidir.Elini, obasını, yurdunu itirmiş məcburi köçkünlərin statusu məsələsi məni çox narahat edir, onların yurdlarına qayıtması üçün-istər sülh və istərsə də hərb yolu ilə-qərarların qəbul olunmasında bilavasitə təşəbbüskar olacam.

-Qubadlının( yurd yeriniz olduğu üçün birbaşa o məkanın adını çəkirəm), işğal olunmuş digər torpaqlarımızın azadlıq yolu sizcə də döyüş deyilmi?

-DQ və ona bitişik ərazilərimizin azadlığına nail olmaq üçün bütün qüvvələrin birləşməsi üçün var qüvvəmlə çalışacam. Müharibə şəraitində iqtidar-müxalifət birliyi bu gün bizə ən vacib olan bir sürpirizdir. Əgər bu birlik baş tutarsa biz torpaqlarımızı azad edə bilərik. Döyüş bizim üçün çox asan olar. Lakin bu birliyə mane olanlar da çoxdur. Belə ki, uzun müddət məmur kürsüsündə əyləşib qeyri-qanuni yollarla külli miqdarda kapital yığan bəziləri bu birliyi istəmirlər, çünki onlara sərf etmir.

- Düşünürəm ki, yurd itkisinin göynəyini, ağrısını ürəyində daşıyan bir qazi, bir vətəndaş kimi ən çox torpaqlarımızın azadlığı üçün çırpınırsız.

-Mənim elim, obam işğal altındadı. Bu mənim bütün qəlbimi göynədir. Hər an yurd itkisi ürəyimi parçalayır, xəyalımda uşaqlığım və gəncliyimin məkanını gözlərim önünə gətirdikcə bağrım parçalanır, nəfəsim kəsilir. Lakin özümdə təpər tapıb qisas gününü gözləyirəm, o günə hazırlaşıram. Düşünürəm ki, ölkə Prezidenti, Ali Baş Komandan bir gün müharibə əmrini verəcək və keçmişdəki kimi silaha sarılıb düşmənə layiqli cavab verib öz yurdumuza dönəcəyik.

-Siz həm də qələmi ilə mübarizəyə qalxan yaradıcı adamsız, şairsiz. Budəfə deputatlığa namizədlər arasında şairlər, jurnalistlər daha çox üstünlük təşkil edir. Sizcə, bu bir zərurətdir, yoxsa təsadüfdür?

-Mən yurdu dağılmış bir ozanam, qələmimin məhsulu yurd həsrətli şeirlərdi. Düzdü, iki cilddən ibarət qəzəllər kitabım qəzəlxan şair kimi məni tanıtdırsa da, vətən həsrətli şeirlərim məni qüssəli, həsrətli, qəmgin şair kimi də tanıdıb. Düşünürəm ki, parlamentdə eyni zamanda bir şair kimi ədəbiyyatımızın üzləşdiyi problemləri qaldırmaq yerinə düşərdi. Yaradıcı adamların parlament üzvü olması daha məqsədə müvafiqdir, axı onlar yaradıcıdır, yeni fikir söyləməyi və formalaşdırmağı digərlərindən dah çox bacarırlar.

- Ölkə başçısının da dəfələrlə vurğuladığı kimi yerli icra orqanları seçkiyə müdaxilə etməməli, müstəqil namizədlərə mane olmamalıdır. Təbliğat-təşviqat zamanı neqativ hallara rast gəldinizmi?

-Bu gün təbliğat-təşviqatımız çox çətin bir pozuntu ilə qarşılaşıb. Belə ki, ölkə Prezidenti yerli icra strukturlarının seçkiyə müdaxilə etməməsini tövsiyə etmişdir. Lakin yerlərdə Zəngilan və Qubadlı RİH-nin başçılarının müavinləri Nizami Mövsümov və Allahverdi Haqverdiyev kimi harınlamış, bisavad məmurlar prezidenti sayamayaraq seçkilərə kobud müdaxilə edir, büdcədən maliyyələşən təşkilatların rəhbərlərinə və əməkdaşlarına, o cümlədən, orta məktəb direktorlarına və müəllimlərinə açıq-aşkar təzyiq edərək, onları işdən qovmaq, müavinətlərini kəsmək və onlara verilən evləri əllərindən almaqla hədələyir, təzyiq göstərir və İmamverdi İsmayılova (köhnə deputata) səs verməyə sövq edirlər. Belə bir mürəkkəb şəraitdə təbliğat-təşviqat aparmaq “qismətimizə” yazılıb. Bu qanunsuzluqlara isə məhəl qoyan, eşidən və tədbir görən yoxdur. Onu da qeyd edim ki, yerlərdə bütün seçicilər açıq-aşkar köhnə deputata qarşıdır və ona səs verməyəcəklərini artıq bəyan ediblər.

- Namizədi olduğunuz dairənin seçiciləri ölkəmizin müxtəlif bölgələrinə səpələnib. Bu baxımdan təbliğat-təşviqat kampaniyanızda yəqin ki, çətinliklərlə qarşılaşdınız?

Bizim üçün seçicilərin müxtəlif bölgələrə səpələnməsi işimizi əngəlləyir. Onlarla görüşə getməyə demək olar ki, vaxt çatmır. Lakin buna baxmayaraq maksimum dərəcədə onlarla görüşüb platformamızla tanış edirik. Seçicilər də artıq cana doyublar. Hamısı birmənalı şəkildə narazıdırlar. Belə ki, bildirirlər ki, “biz başqa adama səs veririk, lakin qutudan İmamverdi İsmayılov çıxır”. Ona görə də seçkiləri boykot emək qərarına gəliblər.
Bunlara qarşı istər istəməz dözüm nümayiş etdirirəm. İlk növbədə ona görə ki, millət vəkili dözümlü və səbirli olmalıdır. O istər parlamentdə müzakirə olunan məsələlərdə və istərsə də seçiciləri ilə görüşdə səbr və təmkinli olmaqla başqalarına nümunə olmalıdır.

Millət vəkili olmaq üçün ilk növbədə adamdan hansı qabiliyyət tələb olunur, və yaxud hansı üstünlüklər olmalıdı?

-Deputatın əxlaqı, mənəviyyatı təmiz olmalıdır, son dərəcə savadlı olması çox vacibdir. Millət vəkili elmin və həyatın bütün sahələrini bilməlidir ki, müzakirə olunan bütün məsələləri elmi surətdə dərk edib, konstruktiv təklif versin. Bunu ölkə pezidenti hörmətli cənab İlham Əliyev də dəfələrlə öz çıxışlarında vurğulayıb.

-Bütün çətinliklərə, neqativlərə baxmayaraq seçkinin şəffaf keçəcəyinə, layiqli namizədin seçiləcəyinə inanırsınızmı?

-Bu il seçkilər əvvəlki illərə nisbətən başqa cür olacaq. Düşünürəm ki, əvvəlki saxtalıqlara yol verilməyəcək. Əgər saxtalıqlar olarsa o zaman bu hakimiyyətlə xalqın birliyindən söz belə gedə bilməz. Hamı başa düşəcək ki, hakimiyyət xalqı saymır və istədiyi vaxt bu xalqı əzib keçər. Ölkə prezidenti, hörmətli cənab İlham Əliyev Davosda bildirdi ki, “əhalinin etimad etdiyi insanlar MM-ə seçiləcək”. Ölkə başçısının bu ümidverici bəyanatı seçkilərin demokratik keçirilməsinə stimul verəcək. Seçkilərə müdaxilə edən Allahverdi Haqveriyev və Nizami Mönsümov ölkə prezidentinə sayğı göstərib bu çirkin əməllərindən əl çəkməli, seçkilərə müdaxilə etməyərək demokratik mühitin yaradılmasına kömək etməlidirlər, əks təqdirdə onlara qarşı AR CM-nin müvafiq maddələri ilə cinayət işi qaldırılmalıdır.

-Bu məsuliyyətli, çətin yolda sizə uğurlar arzulayır və dolu zaman içində vaxt tapıb bizimlə söhbətdaş olduğunuz üçün təşəkkür edirik.

- Diqqətinizə görə sizə təşəkkürümü bildirir , işlərinizdə uğurlar diləyirəm.

Söhbət etdi: Sevinc Qərib
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər