Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

İki ölkə arasında gərginliyə yol açan sözlər – Xanım baş nazir təhqir olundu

Baxılıb: 3125     Tarix: 16-12-2019 16:03   
İki ölkə arasında gərginliyə yol açan sözlər – Xanım baş nazir təhqir olundu
34 yaşlı Sanna Marinin Finlandiyanın ən gənc baş naziri kimi vəzifəsinin icrasına başlaması qonşu ölkə Estoniya ilə diplomatik gərginliyə səbəb olub.
Sumqayitfakt.Az xəbər verir ki, Estoniyanın daxili işlər naziri Mart Helm xanım baş naziri “kassir” və “cahil” adlandırıb.
Eston nazir məlum açıqlamasında 34 yaşlı Marin haqda deyib: “Bir kassirin baş nazir olduğunu da gördük. Küçə fəalları və cahil insanlara hökumətdə yer verildi”.
Fin körfəzində yerləşən iki qonşu ölkə arasında baş verən gərginliyin səbəbi də Estoniya xarici işlər nazirinin baş nazir haqda bu həqarət dolu sözləri olub:
“Leninin mətbəxtdə işləyənlərin belə nazir ola biləcəyi ilə bağlı sözlərini xatırlayıram. İndi də bir kassir qızın baş nazir olduğunu gördük”.
Helmin sözləri Finlandiyada etirazlara səbəb olub. Finlər sosial şəbəkələrdə estoniyalı nazirin açıqlamasında sərt reaksiya verib. Gərginliyin artmasından sonra Sanna Marin də açıqlama verərək, mübahisələrə qoşulub:
“Finlandiya ilə qürur duyuram. Burada yoxsul bir ailənin uşağı da yaxşı bir təhsil alıb hər şeyi bacara bilir. Hətta bir kassir də baş nazir ola bilir. Finlandiya fəhlələri olmadan sağ qala bilməzdi”.
Finlandiya tarixinin ən gənc baş nazirinin sözləri vətəndaşlar tərəfindən təqdir olunub.

Estoniya daxili işlər naziri səsləndirdiyi fikirlərin şəxsi olduğunu, ölkəsinin rəsmi mövqeyini əks etdirmədiyini bildirib.teleqraf.com

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər